Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki noyabrın 10-da mətbuat konfransı keçirib.
Qol.az-ın xəbərinə görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçına həsr olunan tədbirdə o əvvəlcə deyib ki, hər iki komandanı böyük oyun gözləyir
- Bu günə kimi qrupda 3 oyun keçirmişik, məğlub olmamışıq. Bu, futbolçuları oyuna motivasiyasını yüksəldən amildir. Bura vaxt keçirməyə gəlməmişik. Sabah (bundan bu gün – red.) öz oyunumuzu göstərməyə çalışacağıq. Şimali İrlandiya yığması güclü komandadır. Futbolçuların əksəriyyəti İngiltərə komandalarında oynayır. Yığma son Avropa çempionatının iştirakçısıdır. Oyuna yaxşı hazırlaşmışıq. Sərfəli nəticə ilə Bakıya qayıtmaq istəyirik. Yeganə itkimiz Rəşad Sadıqovdur. Dizindən zədə alıb. Sabah oynaya bilməyəcək. Qalan 23 futbolçunun hamısı oyuna hazırdır.
- Sabahkı start heyətini açıqlaya bilərsiniz?
- 2 ildir ki, buradayam. İndiyə kimi həmişə mətbuat konfransında heyəti açıqlamışam. Bu gün də ənənə pozulmayacaq. Sabah qapını Kamran Ağayev qoruyacaq. Müdafiədə Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Bədavi Hüseynov və Arif Daşdəmirov yer alacaq. Qalan futbolçuların adlarını deyəcəm, amma mövqelərini açıqlamayacam - Qara Qarayev, Emin Mahmudov, Ramil Şeydayev, Əfran İsmayılov və Ruslan Qurbanov.
- Dəniz Yılmazla Ramin Şeydayevi hücumda yoxlamaq pis olmazdı?
- Bu haqda ətraflı danışmaq istəmirəm. Şadam ki, Dəniz buradadır. 2 gündür bizimlədi. Gələcəkdə yığma üçün vacib bir oyunçu olacağına inanıram. Türkiyə superliqasında çıxış etməsi onun səviyyəsindən xəbər verir. Sabah adı 23 futbolçunun arasında olacaq. Oyunun gedişindən asılı olaraq oynaması mümkündür.
- Millinin qazandığı nəticələr azarkeşlərin komandaya inamını artırıb. Sabahkı oyunda da komandamızdan qələbə gözləmələri sizə əlavə təzyiq yaratmır ki?
- 2 il əvvəl bura gələndə yığmamın potensialının böyük olduğunu və sürprizlər edəcəyimizi demişdim. İndi bütün Avropa bizdən danışır. Sabah məğlub ola bilərik. Amma əsas odur ki, 90 dəqiqədən sonra bir-birimizin gözünə dik baxaq. Komandamdan yaxşı oyun gözləyirəm və ümid edirəm ki, sərfəli nəticə ilə Azərbaycana dönəcəyik. Məğlub olsaq, bunu faciə hesab etməyəcəyik.
- Şimali İrlandiya atletik futbola üstünlük verir. Bizdə isə bu komandamızın zəif cəhətidir. Norveç və Çexiya ilə oyunlarda bunun şahidi olduq. Sabahkı oyunda da bu hal təkrarlanacaq?
- Oyunçuları uzada bilmərəm ki, boyları 2 metr olsun. Əlimdəki materialdan istifadə etməliyəm. Təəssüf ki, Azərbaycanda hündürboylu müdafiəçilər azdır. Ola bilər ki, Norveç və Çexiya ilə oyunlarda ikinci mərtəbədə rəqibdən zəif olduq. Amma başqa keyfiyyətlərimiz var və onlardan istifadə etməyi düşünürük. Komandanın fiziki durumuna gəlincə, futbolçular sübut ediblər ki, fiziki cəhətdən oyuna hazırdılar, hansısa problem yoxdur. Norveçlə oyundan 3 gün sonra Çexiya ilə oynadıq. Həmin oyunun 2-ci hissəsində futbolçular çox işlədilər. Bu, dediklərimin doğru olduğunu sübut edir.
-Emin Mahmudovun oyun təcrübəsi yoxdur. Hansı keyfiyyətlərinə görə siz ona əsas heyətdə yer verdiniz?
- Emində istədiyim keyfiyyətləri gördüm və ona əsas heyətdə yer verdim. Təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib. Düzdür, «Boavişta»da oynamır. Amma oyuna tam hazırdır. Bu sual mənə Çexiya ilə oyundan əvvəl Ramil Şeydayevlə bağlı verilmişdi. Ramil sübut etdi ki, seçimimdə yanılmamışam. Emin Mahmudov sabah əsas silahım olacaq. Əgər oyunun gedişində özünü pis göstərsə, təbii ki, əvəzlənəcək. Onun yerinə meydana çıxmağa futbolçularımız var. Bir daha qeyd edirəm, Rəşadı çıxmaq şərtilə qalan 23 futbolçunun hər biri sabahkı oyuna tam hazırdır.
"Yuventus" futbolçusuna 7,5 milyonluq müqavilə təklif etdi
"Karvan" "İmişli"ni belə məğlub etdi - Video
"Milan"ın Menyan qərarı
Xviça yalnız bu şərtlə "Napoli"də qalacaq
"Difai Ağsu" - "Mingəçevir" oyununda 5 qol - Video
"Atletiko" Oblakı transferə çıxardı
"Difai Ağsu" və "Karvan"dan qələbə
Əvəzedicilər Liqasında 32-ci tur başa çatdı
ÇL-in oyunu bu kanallarda
Azərbaycanlı nümayəndə ilk dəfə Avropa çempionatında
"Qusar"ın səfər qələbəsi - Video
Tuhel: "Madriddə qələbə qazanmalıyıq"
Timo Verner üçün mövsüm başa çatdı
Del Boskeyə vəzifə verildi
Buffon 12 il əvvələ qayıtmaq istəyir
Qvardiola peşmandır
Təzimə layiq o ötürmə barədə danışdı
“Qarabağ”ı özlərinin “Qorxulu siyahısı”na saldılar
Məşhur qapıçı Avro-2024-də olmayacaq
FİFA referisi Zaqataladakı oyuna təyinat aldı
"Real"ın yeni ağsaqqalı!
"Bavariya" Ranqniklə danışıqları təsdiqlədi
Azərbaycan minifutbol millisindən 1 qələbə, 1 məğlubiyyət
"Münhendə 90 dəqiqə əziyyət çəkməli olduq" - Ançelotti
Münhendə 4 qol, Kroosdan möhtəşəm ötürmə - Video
"Bavariya" "Real"la heç-heçə etdi
31 oyunda 35 qol - Video
"Şəfa"nın "Dinamo"ya qalib gəldiyi oyun - Video
Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
"Mançester Yunayted" Reşfordu 70 milyona satmağa hazırdır
"Mbappe ilə finalda qarşılaşsaq, onu əzəcəyəm" - Rudiger
“Şahdağ Qusar” - “Füzuli” matçında 6 qol - Video
"Barselona"da qalmaq qərarımın səbəbi sadədir" - Xavi
"Şəfa" və "Qusar"dan qələbə
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
Van Persi Niderland klubu ilə razılığa gəldi
"Barselona" hücumçusunu icarəyə verəcək
PSJ-nin Luis Enrike qərarı
Levandovskidən "Barselona" tarixinin rekordu
"Hamı mənə dəstəkdir" - Musa Qurbanlı
"Fire League"da qrup mərhələsi başa çatdı
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Azərbaycan U-21 millisi yoldaşlıq oyunu keçirəcək
"İnter" iki futbolçusu ilə müqaviləni uzadır
"Borussiya" - PSJ oyununun hakimləri bilindi
Ronaldo Braziliya klubunu satdı