Noyabrın 11-də Belfastda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçı keçiriləcək.
Qol.az-ın xəbərinə görə, bu gün rəqib komandanın baş məşqçisi Maykl O'Nil qarşılaşmanın keçiriləcəyi “Windsor Park” stadionunun konfrans zalında təşkil olunan oyunöncəsi mətbuat konfransı təşkil edib.
- Sabahkı oyunda Azərbaycan yığmasından nə gözləyirsiniz?
- Azərbaycan yığması seçmə mərhələyə yaxşı başlayıb. 2 qələbəsi var, 7 xal toplayıb. Üstəlik qapısından top buraxmayıb. Rəqibi analiz etmişik. Müdafiədə daha diqqətlidir. Bu, onların işinə yarayır. Əks-hücumda yaxşı təsir bağışlayırlar, Norveç və Çexiya ilə oyunlarda olduğu kimi bizimlə də eyni üslubda oynayacaqlarını gözləyirəm. Yəqin ki, bura 3 xal qazanmaq üçün gəliblər.
- Bu matçda qalib gəlmək sizin üçün nə qədər önəmlidir?
- Sabahkı oyunda qalib gəlmək bizim üçün çox vacibdir. Daha çox xal toplamağa çalışacağıq. Əsas da evdə. Çexiya və Almaniya ilə oyunlardan sonra 4 xalımızın olması pis nəticə deyil. Sabahkı oyunda ancaq qələbə qazanmaq əzmindəyik. İstəmərik ki, Azərbaycandan 6 xal geri düşək.
- İkinci yeri tutmaqdan savayı aktivdə daha çox xalın olması da vacibdir.
- Qrupun səviyyəsi yüksəkdir. Almaniyanın qrup qalib olacağını indidən söyləmək olar. 2-ci yeri tutmaq vacibdir. Amma, gərək xal ehtiyatımız da çox olsun. Çünki digər qruplar da var. Maksimum xal toplamalıyıq ki, ikincilər arasında sonuncu olmayaq.
- Azərbaycanın qol buraxmaması sizi təəccübləndirmir ki?
- Düzü, təəccüblənmişəm. Komanda kollektiv oyun nümayiş etdirir. Belə komandalara qarşı oynamaq həmişə çətindir. Rəqibi analiz etmişik, müəyyən boşluqlar buraxırlar ki, onlardan istifadə etməyə çalışacağıq. Heyətdə «Qarabağ»dan 6 futbolçu yer alır. «Qəbələ»dən də futbolçuları var. Bu isə komandanın gücünü göstərir. Oyun cədvəli Azərbaycanın lehinədir. Qazandıqları xallara görə rəqib futbolçularda özlərinnə inam hissi çoxalıb. Bizdə də özümüzəinam var. Futbolçularla fərdi söhbətlər etmişəm. Hamısı sabahkı oyunun əhəmiyyətini dərk edir. Əsas məqsədimiz daha çox qol epizodu yaratmaq və onlardan maksimum istifadə etməklə qalib gəlməkdir.
- Seçmə mərhələ başlamamış kimsə Sizə Azərbaycan yığmasının Belfasta 7 xalla və qrup ikincisi kimi gələcəyini söyləsəydi, inanardınız?
- Təəccüblənmədim. Azərbaycanla indiyə kimi 2 dəfə oynamışıq, qalib gələ bilməmişik. Avropa Liqasında 2 təmsilçiləri var. Bu faktlar oyunun çətin keçəcəyindən xəbər verir. Azərbaycana asan rəqib kimi baxmırıq. Digər komandalardan seçmirik. Almaniyanı çıxmaq şərtilə digər 4 komandanın 2-ci yeri tutmaq şansı eynidir.
- Əvvəlki Azərbaycan yığması ilə indiki komanda arasında fərq çoxdur?
- Azərbaycana məğlubiyyət bizə dərs olub. Sabah hansı komandaya qarşı oynayacağımızı yaxşı dərk edirik. Onlarda da, bizdə də dəyişikliklər olub. İndiki komandanı öyrənmişəm və əvvəlkindən daha yaxşıdır.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru
Türkiyədə Superliqa hakimi həbs olundu
“Qarabağ”ın qapıçısı Polşa üzərində qələbəyə sevindi
Yankoviç yenidən Ermənistana qarşı oynadı
Fransadan əzmkar qələbə, Türkiyə İtaliyaya uduzdu
Mikels oynadı, Mutsinzi ehtiyatda qaldı
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib