Ulduz futbolçunun anası dilənçilik edir

Ulduz futbolçunun anası dilənçilik edir
GÜNDƏM 10 Noyabr 2016 / 16:46 7482
-  A +

İspaniya millisi və "Mançester Siti"nin futbolçusu Nolitonun anası onunla bağlı şok ittihamlar irəli sürüb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Roçio Agudo Duran oğlu ilə "votsap" yazışmalarını paylaşaraq oğlunun ona nalayiq söyüşlər  yazdığını və onu küçəyə atdığını deyib.

Nolitonun onu saymadığını deyən ana əlavə edib ki, oğlu  həftədə 100 min sterlinqə yaxın pul
qazanır.

"Ancaq oğlum aldığım evin pulunu da ödəmir. Hər an iki övladımla küçələrə düşə bilərəm" - deyə o bildirib.

Qeyd edək ki, əvvəllər heroin düşkünü olduğu deyilən Rocio Duran hazırda dilənçilik edir.

Daha çox


Son xəbərlər