“Azərbaycana qol vursaq, ikiqat əla olar”

“Azərbaycana qol vursaq, ikiqat əla olar”
ÖLKƏ FUTBOLU 10 Noyabr 2016 / 13:12 4646
-  A +

“Azərbaycanla oyunu qrupun həlledici yox, vacib görüşü sayıram. Əsas odur ki, üç xal qazanıb qrupda ikinci yerə yüksələk. Bu, fantastik nəticə olar”.

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, bu sözləri Şimali İrlandiya millisininin hücumçusu Coş Madjennis DÇ-2018-in seçmə mərhələsində sabah millimizə qarşı keçiriləcək oyunla bağlı danışarkən deyib.

O, Azərbaycanın qrupda hələ qol buraxmamasına da toxunaraq deyib: “Əgər qol vursaq, ikiqat əla olar. Biz çalışacağıq özümüzün ən yaxşı oyunumuzu göstərib istədiyimiz nəticəni qazanaq”.


Qarabağ FK
Son xəbərlər
10.08.26  17:28

"Barselona"da itki

10.08.26  10:02

PSJ-yə qayıtdı

topaz banner