"Biz Şimali İrlandiyaya ən azı 1 xal aparmaq üçün gəlmişik. Belfastdan qayıdanda aktivimizdə azından 8 xalın olmasını istəyirik. Rəqib çox güclüdür. Həm də doğma meydanda oynaması bizə əlavə çətinlik yaradacaq. Bundan başqa irlandlar fiziki cəhətdən güclü və hündürboydurlar. Belə komandalara qarşı oynamaq həmişə çətin olur. Oyunun taleyini standart vəziyyətlər həll edə bilər. Buna görə müdafiədə çox diqqətli olmalıyıq".
Qol.az-ın məlumatına görə, bunu millimizin futbolçusu Bədavi Hüseynov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyun öncəsi deyib.
Bir müddət əvvəl zədələnən və "Qarabağ"ın Avropa Liqasında PAOK-la son oyununda meydanda olan Bədavi artıq tam sağalıb. Amma digər müdafiəçimiz Rəşad Sadıqovun Bakıdakı son məşqdə zədələnməsi yerinə düşməyib. Rəşadın oynamayacağı təqdirdə müdafiənin mərkəzində kimlər yer ala bilər? Bədavi Hüseynov Robert Prosineçkinin müdafiənin mərkəzində hansı futbolçulara şans verəcəyini bilmədiyini söylətib:
"Mən zədəli olanda həmin mövqedə Rəşad Sadıqovla Maskim Medvedev oynamışdı. Düzü, Maksimin Çexiya ilə oyundakı çıxışı məni yaxşı mənada heyrətləndirmişdi. İndiyə kimi demək olar ki, həmin mövqedə oynamamışdı. Amma bunu hiss etdirmədi. Maksim təcrübəli futbolçudur və təcrübəsinin köməyi ilə müdafiənin istənilən yerində oynaya bilər. Əgər baş məşqçimiz bu dəfə də Maksimə müdəfiənin mərkəzində yer versə, heç kim təəccüblənməsin. Bu, əla seçim olardı".
B. Hüseynov "Qarabağ"ın futbolçularının hazırda yaxşı formada olduqlarını bildirməklə yanaşı PAOK üzərində qazanılan qələbələrin futbolçularda yüksək əhval-ruhiyyə yaratdığını və bunun yığmanın oyununa yaxşı mənada təsir edəcəyini söyləyib.
“Sabah” "Orhus"a qarşı
"Barselona" ilə matçın bilet satışı dayandırıldı
La Liqa klubu ev oyununu başqa stadionda keçirə bilər
"Barselona"nın müdafiəçisi "Liverpul"da - Rəsmi
Bezos "Liverpul"un səhmlərini almağa hazırlaşır
"Sabah"ın "Orhus"la oyunöncəsi son məşqindən - Şəkillər
Baş məşqçi rəhbərlikdən narazıdır
"Kəpəz" onu geri qaytardı
"Fasilə bizə çox yaxşı təsir etdi" - "Orhus"un baş məşqçisi
"Mənim heç vaxt istirahətə ehtiyacım yoxdur"
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
"Bu matça daha yaxşı hazırlaşmışıq" - "Sabah"ın futbolçusu
AFFA rəsmisi Tbilisidə stadionu qiymətləndirdi
"Barselona"da itki
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Mançester Siti" futbolçusunu icarəyə verdi
"Sabah"dan ayrılan futbolçu "Araz-Naxçıvan"da
“Barselona” Torres üçün 65 milyon avro istəyir
"Mənim üçün İnfantino dövrü çoxdan geridə qalıb"
"Liverpul"la razılaşdı
"Neftçi"nin hücumçusu "Araz-Naxçıvan"da
Misli Premyer Liqasında 1-ci tur - Nə vaxt və harada?
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
Tanınmış futbolçu "Boka Xuniors"da
Mourinyo "Mançester Yunayted"ə niyə "yox" deyib?
Azərbaycandan Hindistana üz tutdu - Rəsmi
İki boksçumuz qızıl medal qazandı
"Sabah"ın rəqibi Bakıya gəldi - Video
Levandovski əfsanələr siyahısında
"İmişli"dən ayrılan qapıçı bu klubda oynayacaq
PSJ-yə qayıtdı
Messinin kədər günü - Şəkillər
Messi Argentina mediasını məhkəməyə verəcək
Kostyuk: “Qarabağ’ yaxşı müdafiə olunur”
Toral Bayramov "Bursaspor"da ilk rəsmi oyununa çıxdı
"Borussiya" "Arsenal"a qalib gəldi
Cəlal Hüseynovun komandası qalib gəldi
17 illik "Çelsi" karyerası başa çatdı
Azarkeşlər Superkubok matçını boykot edəcək
"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı