"Brügge"nin futbolçusu Mbaye Dian komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb.
Qol.az Belçika mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.
Xəbərdə bildirilir ki, səbəb kimi 28 yaşlı hücumçunun səfərdə PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin 4 tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dian penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dian buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.
Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitanın klub rəhbərliyi qarşısında "Ya Dian gedəcək, ya da mən" tələbi qoyduğu iddia edilir. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun "Antverpen"lə matçına aparmamağı qərara alıb.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal