“Qarabağ”ın APOEL-i udacağına əminəm" - Boyan Şaranov

“Qarabağ”ın APOEL-i udacağına əminəm" -  Boyan Şaranov
ÖLKƏ FUTBOLU 5 Noyabr 2019 / 15:00 7401
-  A +

"Qarabağ"ın sabiq qapıçısı Boyan Şaranov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda APOEL-lə keçiriləcək səfər oyunu ilə bağlı danışıb.

Qol.az Kipr mətbuatına istinadən xəbər verir ki, serbiyalı qolkiper "Qarabağ"ı cütün favoriti hesab etdiyini deyib: “Qarabağ”ın APOEL-lə ev oyununu izlədim. Qələbə qazana bilərdilər, ancaq oyun istədikləri kimi alınmadı. Nə olur-olsun, “Qarabağ”ın qələbə qazanacağından əminəm. APOEL-lə səfərdə oynamaq çətin olsa da,  “Qarabağ” orda yaxşı nəticə əldə edəcək”.

Hazırda karyerasını Türkiyə 1-ci liqasında mübarizə aparan “Fatih Karagümrük”də davam etdirən Boyan Şaranov 2016/17 mövsümündə “Qarabağ”da çıxış edib.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı