Nəhayət, fasilə bitdi və XIX turla birlikdə Azərbaycan Premyer Liqasında həyəcan yenidən başladı. Özü də qarla, boranla. Düzdür, oyunlar qırmızı topla oynanılmadı. Ümumiyyətlə, qırmızı top söhbətini açmasaq, yaxşıdı. Avropa təcrübəsindən görmüşük ki, qırmızı topla o meydançada oynayırlar ki, həmin meydança qarla örtülü olur. Bizdə amma ya meydança qardan təmizlənməlidir (bu halda qırmzı topa ehtiyac qalmır), ya da o meydançada oyun oynanılmır (oyun oynanılmadığı üçün təbii ki, yenə qırmızı topa ehtiyac qalmır). Sumqayıtda olduğu kimi.
Sumqayıtdan söz düşmüşkən, elə toxunmaq istədiyim məsələ də bununla bağlıdır. XIX turun bütün oyunlarında ev sahibi komandalar rəqiblərini doğma meydançalarında, doğma azarkeşlərinin gözləri önündə qəbul etdi. Yalnız “Sumqayıt” didərgin olub düşdü çöllərə. Səbəb? Kəskin hava şəraiti, güclü qar. Sanki bütün Azərbaycana günəş doğub, tək Sumqayıta qar yağıb. O boyda İdman Mərkəzi tikildi, açılışına şəxsən UEFA prezidenti Mişel Platininin özü gəldi, çoxsaylı jurnalistlərin də iştirakı ilə mərkəzə baxış keçirildi və hər kəsə məlumat verildi ki, hər şey yüksək səviyyədədir, amma bu gün məlum olur ki, hər şeyin yüksək səviyyədə olduğu deyilən Sumqayıt İdman Mərkəzi qarlı havada oyun qəbul etmək iqtidarında deyil.
Axı necə olur, təbii örtüyə malik o boyda Tofiq Bəhramov adına Respublika stadionunu, eləcə də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunu, “Bakı” Futbol Klubunun bazasını qardan təmizləmək mümkün oldu, amma Sumqayıt İdman Mərkəzinin süni örtüklü meydançasını yox? Axı Sumqayıt stadionunda çalışan texniki işçilərin “Bayıl Arena”da çalışan texniki işçilərdən nəyi əksikdir ki, “Sumqayıt” “Qəbələ”ni Bayılda qəbul etməlidir? Heç kim inciməsin, bu utancverici bir haldır. Hətta deyərdim biabırçılıqdır. Axı kəskin hava bütün ölkədə tüğyan edir və qar da bütün ölkəyə yağır. Necə oldu, hamı öz meydançasını qardan təmizləyib normal duruma gətirə bilir, “Sumqayıt” bunu bacarmır? Yoxsa Bakıxanova, Şüvəlana, “Bakı”nın bazasına, “Şəfa”ya yağan başqa qar idi, Sumqayıta yağan başqa? İndiyə qədər bəhanə edirdilər ki, Mehdi Hüseynzadə adına stadionun ot örtüyü təbiidir, qışda qazonun durumu bərbad olur, baxa bilmirik. Ona görə də keçən mövsümün ikinci dövrəsinin bütün oyunlarnı Bayılda keçirdilər. Ondan əvvəl yenə stadionu bəhanə edib “Dalğa Arena”da oynayırdılar. İndi qarnınızın ağrısı nədir? Yeni meydança tikdiniz özü də bütün etirazlara baxmayaraq süni elədiniz ki, qışda problem çəkməyəsiniz. Amma indi belə çıxır ki, o vaxt deyilənlər sözlər bəhanə olub. Çünki meydança sünidir, amma “Sumqayıt” yenə onun-bunun qapısında qalıb.
Onda sabah yağış yağanda gedin, yağış düşməyən meydança axtarın, külək əsəndə külək tutmayan meydança axtarın. Olmaz axı belə. Xəbəriniz var ki, “Makquli” (Sumqayıt azarkeşləri bu insanı yaxşı tanıyır) dünən nə qədər azarkeşi “oyun burda yoxdu, Bakıya getdilər, orda oynayacaqlar”deyərək, Mehdi Hüseynzadə adına stadionun qabağından geri qaytarıb? Bu qədər azarkeşin günahı nə idi ki, qarlı havada şəhərin müxtəlif nöqtələrindən stadiona gəlib əliboş geri qayıdıblar?
Yenə deyirəm, mən sadəcə, bu sualıma cavab tapmaq istəyirəm ki, niyə Tofiq Bəhramov adına Respublika, İsmət Qayıbov adına Bakıxanov, eləcə də “Şəfa”, “Bakı” Futbol Klubunun stadionlarını qardan təmizləmək mümkün oldu, amma Sumqayıt İdman Mərkəzinin stadionunu yox? Bir meydançanı 3 gün ərzində qardan təmizləmək belə çətin idi?
Yox, deyəsən bu qış Azərbaycanda qar həqiqətən də yalnız Sumqayıta yağıb...
Anar XANLAROV
rekord.az
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video
Mançester derbisində 3 cavabsız qol - Video
Sərbəst güləşçilərimizdən üç medal - DÇ
Türkiyə millisi Avropa ikincisi oldu
"Şəki Siti"dən 12 qol, "Xankəndi"dən darmadağın
"Neftçi" - "Sabah" matçından - Video
"Oyunun nəticəsi ədalətli idi" - Valdas Dambrauskas
“Neftçi” yenə xal itirdi, “Şamaxı”dan qələbə
"Şamaxı"dan 3 qollu qələbə - Video
"Milyonluq futbolçular da səhv edir" - Azər Həşimov