Georgi Adamiya: “Neftçi”nin “Zestafoni”yə qalib gələcəyi çətin görünür”

Georgi Adamiya: “Neftçi”nin “Zestafoni”yə qalib gələcəyi çətin görünür”
MÜSAHİBƏ 25 İyun 2012 / 16:15 4260
-  A +

Bakının “İnter” klubunun gürcüstanlı hücumçusu Georgi Adamiya Qol.Az saytına müsahibəsində həmvətənləri olan “Zestafoni” klubunun Çempionlar Liqasında “Nefçi”yə rəqib olması haqda danışıb

- Bu ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” sənin ölkən olan Gürcüstanın “Zestafoni” klubuyla qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirirsən?

- Düzü, bunu heç gözləmirdim. Lakin mən bu qarşılaşmaya çox böyük maraqla baxardım. Belə götürəndə Gürcüstan təmsilçisi də yaxşı komandalardan hesab edilir. Çox maraqlı bir oyunun şahidi olacağımızı düşünürəm.

- Bəs, necə düşünürsən, “Neftçi” bu komandayla başabaş mübarizə apara biləcək?

- Hər iki komanda xüsusi kefiyyətlərə malikdir. Ancaq deyərdim ki, bu komandalar arasındakı mübarizə çox gərgin olacaq.

- İlk görüşün Bakıda keçirilməsinə görə üstünlüyü “Neftçi”yə vermək olarmı?

- Hələ bu haqda danışmaq tezdir. Lakin fikrimcə, ilk görüş cütün taleyini həll etməyəcək. Belə zənn edirəm ki, cütün taleyi Azərbaycanda yox, Gürcüstanda həll olunacaq.

- “Neftçi”nin növbəti mərhələyə keçmək şansları necə dəyərləndirirsən?

- “Zestafoni” çox yaxşı komandadır. Əbəs yerə iki il dalbadal Gürcüstan çempionu olmayıblar. Həmçinin çox sürətli və texnikalı futbola üstünlük verirlər. Təkrar edirəm, “Neftçi” üçün çox çətin olacaq. Ancaq ilk oyunu evdə oynadığı üçün “Neftçi”nin bir az üstünlüyü var. Lakin ümumilikdə “Neftçi”nin qalib gələcəyi çətin görünür.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər