Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
Azərbaycanlı mütəxəssis Ramiz Məmmədov dünən “Avro-2012”dəki keçiriıən Çexiya – Yunanıstan və Polşa – Rusiya oyunlarıyla bağlı Qol.Az saytına müsahibə verib
- İlk öncə Yunanıstan və Çexiya milliləri arasındakı qarşılaşma haqda fikirlərinizi bilmək istərdik.
- Yunanıstanın Polşayla ilk oyundakı əzmkarlığını dünənki görüşdə görə bilmədim. Ümumilikdə yunanların komanda olaraq, durumunun çox aşağı səviyyədə olmaları göz qabağında idi. Altı dəqiqə ərzində buraxılan iki qol bir daha sübut etdi ki, Yunanıstan Avropa çempionatına tam hazır deyil. Ümumiyyətlə, xətlərarası əlaqədə çoxlu boşluq yaranır. Bu, yarımmüdafiə və hücumda daha çox nəzərə çarpır.
- Rusiya komandasının ilk qarşılaşmada 4:1 hesabıyla darmadağın etdiyi Çexiyadan yunanlarla matçda qələbə gözləyirdinizmi?
- Çexlərin bu qələbəylə göstərdilər ki, komanda 1/4 finala adlaya bilər. Onların yaxşı oyunçuları çoxdur.
- Bəs, heç-heçə başa çatan Polşa - Rusiya oyununda kimin qələbəyə daha layiq olduğunu düşünürsünüz?
- İlk hissədə polşalılar qol vursalar da, hakim bunu qeydə almadı. Əvvəldən axıra qədər çox sürətli bir oyunun şahidi olduq. Hər iki tərəfin qol vurmaq üçün xeyli şansı oldu. Polşa millisi çox əla təsir bağışlayırdı. Xüsusən də fiziki durumları yüksək səviyyədə idi. Eyni zamanda xətlərarası bağlantı çox gözəl təsir bağışlayırdı. Polşalılar ümumilikdə oyunboyu açıq futbola üstünlük verdilər. Müdafiədə oturmağı deyil, hücum etməyi üstün tuturdular. Hardasa, 9-10 saniyə çivarında həm Polşa, həm də Rusiya komandasının hücumlarının şahidi olurduq. Yəni, bir komanda topu itirərkən, digər komanda bundan yararlanaraq, əks-hücum edirdi. Bu da hər iki komandanın fiziki durumunun yüksək səviyyədə olmasına dəlalət edir.
- Necə fikirləşirsiniz, bu çempionatda artıq üç qola imza atan rusiyalı Alan Dzaqoyevi “Avro-2012”nin tapıntısı hesab etmək olar?
- Dzaqoyevin hələ ÇSKA-dakı oyunu ilə diqqət mərkəzinə düşməyə başlamışdı. Hiss olunurdu ki, bu futbolçuda nəsə var. Mən də belə düşünürəm ki, “Avro-2012”nin ən yaxşı futbolçularından biri də Alan Dzaqoyev olacaq.
- A qrupunda hansı komandaların 1/4 finala vəsiqə qazanacağını fikirləşirsiniz?
- Məncə, qrupdan Polşa və Rusiya komandaları çıxacaq. İnanıram ki, növbəti oyunda polşalıların əzmkarlığı onlara 1/4 finala vəsiqə qazandıracaq.
- Çexlərlə oyunda meydan sahibi amilini nəzərə alsaq, hakimlərin polşalılara kömək edəcəyini düşünmək olar?
- Məncə, çempionatda belə bir şey hələ baş verməyib. Bu cür mötəbər yarışlarda belə riskə getmək təhlükəli olar. Çünki belə oyunlar milyonlarla azarkeşin gözü önündə baş verir. Həmçinin, hakimlərin idarə etdiyi oyunlar FİFA tərəfindən izlənilir. Düzdü, İtalya-İspaniya görüşündə David Silvanın rəqib qapıçıyla təkbə-tək çıxmasına yan hakim mane oldu. Təkrarda da görünür ki, həmin epizodda ofsayd yox idi. Yalnız bu məqam bir az qaranlıq qaldı.
- “Avro 2012”də indiyə qədər keçrilən oyunlarda hansı hakimin çıxışını yüksək qiymətləndirərdiniz?
- Mən türkiyəli Cüneyt Çakıra üstünlük verərdim. Demək olar ki, oyunda bir dəfə də səhvə yol vermədi. Mən deyərdim ki, hazırda Avropada Cüneyt Çakır kimi istedadlı hakim Avropada yoxdur.
Əli HƏYATİ
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi