Bu müsahibə "Unibank"ın sponsorluğuyla hazırlanıb
FİFA referisi Anar Salmanov hazırda davam edən AÇ-2012-dəki hakimliklə bağlı Qol.Az-a müsahibə verib.
- AÇ-2012-dəki hakimliyin ümumi səviyyəsi haqqında nə deyə bilərsən?
- Açığı, bütün oyunları izləməmişəm, amma, şəxsən izlədiyim oyunlara əsasən deyərdim ki, ciddi bir hakim səhvi ilə rastlaşmamışam. Yalnız İtaliya - İspaniya matçını idarə edən macar Viktor Kaşşay bir neçə epizodda sarı vərəqə göstərə bilərdi. Nədəncə göstərmədi. Hər halda, bu da onun fikridir. Görünür, həmin epizodu o cür dəyərləndirib.
- Açılış oyununda ispaniyalı Karlos Velasko Karbalonun idarəçiliyi də birmənalı qarşılanmadı. Çoxlarının fikrincə, Velaskonun yunan Sokratis Papastatapulosa göstərdiyi hər iki sarı vərəqə həddindən artıq ağır qərar oldu. Xüsusilə, ikinci sarı vərəqə.
- Düzü, məhz həmin oyuna baxmadığım üçün epizodu görməmişəm. Amma sizə bir söz deyim. Yəqin ki, Pyerluici Kollinanın çempionatdan öncə verdiyi müsahibə ilə tanış olmusunuz. Kollina orada da bildirib ki, hakimlər epizodlar zamanı daha qətiyyətli olmalı, cəzaları daha da sərtləşdirməlidirlər. Görünür, Velasko da buna uyğun qərar verib.
- Ukrayna-İsveç görüşündə bir epizodda Cüneyt Çakırın İsveçin qapısına təyin etdiyi cərimə zərbəsi də mübahisəyə səbəb oldu. Türkiyəli referi ikili mübarizə zamanı isveçli müdafiəçinin dirsəyinin yuxarı qalxmasını qayda pozuntusu kimi qeydə aldı...
- Bilirsiniz, bax bu cür hallara görə UEFA “hakimin fikrinə görə” ifadəsini gündəmə gətirib. Yəni, epizoda daha yaxın olan şəxs hakimdir və yalnız o, futbolçunun hərəkətinin bilərəkdən, yaxud bilməyərəkdən edildiyini dəqiq müəyyənləşdirə bilər. Məsələn, hava mübarizəsi zamanı hakim görsə ki, futbolçu mübarizəya qalxan zaman disrəklə oynadı, bu zaman sarı vərəqə göstərir. Yox, görsə ki, topa təmas yoxdur və dirsək birbaşa rəqibə istiqamətlənib, bu, artıq birbaşa qırmızı vərəqədir. Yəni, var sərt oyun, var kobud oyun. Bunu da yalnız hakim müəyyənləşdirə bilər.
- Şəxsən sənə ən xoş gələn hansi hakimin idarəçiliyidir?
- Sloveniyalı Damir Skominanın idarəçiliyi daha çox xoşuma gəlir. Baxmayaraq ki, Viktor Kaşşay da yaxşı hakimdi, son Çempionlar Liqasının finalını idarə edib. Yeri gəlmişkən, Kaşşayla şəxsi tanışlığımız da var. Mən Maltada imtahan verəndə o da orada idi. Özü də Azərbaycan futbolu haqqında məlumatlıdır, 2005-ci ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Bakıda keçirilən “Neftçi”-“Anderlext” oyununu idarə edib.
- Növbəti Avropa çempionatında azərbaycanlı hakimi, lap elə sənin özünü görə biləcəyik?
- Bildiyiniz kimi, mən hazırda III qrupdayam. Yəni, burada hər şey mənim özümdən aslıdır. UEFA-da hörmət, adam, “day-day” prinsipi işləmir. Hər şey hakimin özündən aslıdır. Mişel Platini Anar Salmanovun dayısı deyil ki. Əgər özünü doğrultsan, buyur, hakimlik elə. Yox, doğrultmasan, o zaman deyirlər ki, get, dincəl. 2013-cü ilin martında mənim göstəricilərimə baxacaqlar və artım olsa II qrupa təyin edəcəklər. II qrupdan sonra isə I qrup gəlir. I qrup isə artıq Çempionlar Liqasının qrup oyunlarını idarə etməyə imkan verir. Ancaq bir məsələ də var ki, ola bilsin, elə bu ildən II qrupa düşdüm. Dediyim kimi, hər şey özümdən aslıdır.
Anar XANLAROV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu