“Mənə dedilər, çox danışırsan, bizdə futbolçunun fikri həmişə ikinci dərəcəli olub”

“Mənə dedilər, çox danışırsan, bizdə futbolçunun fikri həmişə ikinci dərəcəli olub”
MÜSAHİBƏ 21 May 2012 / 12:28 3823
-  A +

“Nefçi” klubunun hücumçusu Fərid Quliyevin Qol.Az saytına müsahibəsi

- Ölkə kubokunun finalında çıxış etsən də, heç nəylə yadda qalmadın. Səncə, oyunun niyə alınmadı?

- Çox çalışdım ki, rəqib qapısına yol tapım. Lakin alınmadı. Əgər oyuna baxsaq, görəcəyik ki, meydanda ən fəallardan biri də mən idim.

- Yəqin ki, razılaşarsan ki, optimal formanı hələ bərpa edə bilməmisən.

- Doğrudur. Əlbəttə ki, bu belə də, olmalıdır. Çünki son mövsümdə ardıcıl olaraq oynamadım. Əgər, bir müddət əsas heyətdə çıxış etsəydim, hazırda yüksək formada olardım.  Yalnız son zamanlar, o da Bahadır Nəsimovun zədələnməsinə görə əsas heyətdə görünməyə başladım.

- Belə məumatlar yayılıb ki, “Neftçi” rəhbərliyi səninlə müqaviləsini uzatmaqda maraqlı deyil.

- Düzü, bunu mətbuatdan başqa hələ heç kim söyləməyib. Mənimlə bərabər bir neçə komanda yoldaşımın da adları hallanmaqdadır. Amma bu haqda rəhbərlik tərəfdən fikir bildiriməyib. Son kubok qarşılaşmasından sonra komanda istirahətə butaxıldı. Ona görə də hələ heç nədən xəbərim yoxdur.

- Sənin özün necə, “Neftçi”də qalmaq istərdin?
 
- Qalıb-qalmamaq məndən asılı deyil. Çünki bunu ilk öncə rəhbərlik mənə təklif etməlidir. Ancaq bu haqda mənə hələ heç bir söz deyilməyib.

- Səni “Neftçi”yə hazırkı baş məşqçin Böyükağa Hacıyev gətirmişdi. O, hər zaman istedadlı bir futbolçu olduğunu və sənə çox güvəndiyini bildirmişdi. İndi vəziyyət necədir, baş məşqçin yenə həmin fikirdədir, yoxsa?

- Mənim Böyükağa müəllimlə münasibətim normaldır. Sadəcə, mən gözləyirdim ki, çox oynayacam. Lakin gözlənilənlərin əksinə olaraq, mövsümün son matçlarında meydana çıxdım. O da bayaq dediyim kimi, Bahadırın zədələnməsinə görə baş verdi. Mövsümə başlayanda qollar vuraraq komandaya kömək də etdim.  Sonradan, nədənsə, meydana çıxmadım.

- Səncə, baş məşqçin Böyükağa Hacıyevin səni ehtiyyat skamyada oturtmasına səbəb nə idi?

- Əsl səbəbini yalnız baş məşqçimiz bilər. Bu haqda heç nə deyə bilmərəm. Hər dəfə özümə təsəli verirdim ki, yəqin növbəti turda meydana çıxacağam. Belə-belə özümü inandırırdım.  Bilirsiniz, hələ keçən mövsüm baş məşqçimiz Arif Əsadova oynamamağımın səbəbini soruşduqda da məni səhv çıxardırdılar. Mənə dedilər ki, çox danışırsan. Yəni, bizdə futbolçunun fikri hər zaman ikinci dərəcəli olub. Ona görə istəmədim ki, bu dəfə də, danışam. Ancaq gördüm ki, yenə də oynamıram. İndidə deyillər ki, oyun praktikan azdır və sair.

- Ümümiyyətlə, klub rəhbərliyi ilə münasibətlərin hansı səviyyədədir?

- Keçən il baş məşqçimiz Arif Əsədov mənə qapını göstərmişdi. Çox sağ olsun ki, klubumuzun prezidenti Sadıq Sadıqov məni yenidən komandaya qaytardı, mənə inandığını bildirdi.  “Neftçi”nin bugünkü uğrunda həqiqətən də onun  əməyi danılmazdır. Şükür Allaha, rəhbərliklə indiyənə kimi heç bir problemim olmayıb. Əgər, rəhbərliklə problemim olsaydı, heç “Neftçi”yə yenidən qayıdardım? Sadəcə, Arif Əsədov məni “Neftçi”də görmək istəmirdi. Ancaq sizə deyim ki, həmin vaxtlar çox əla formada idim. Hətta yığmanın Türkiyəylə oyununda da iştirak edərək, özümü yaxşı tərəfdən göstərməyi bacarmışdım. Amma  üstündən 20 gün keçməmiş  Arif Əsədov məni “Neftçi”dən uzaqlaşdırdı. Kim mənim yerimə olsaydı, bu hərəkət ona pis təsir edərdi. Mən nə olubsa, onu deyirəm.

- Hazırda başqa klublardan təkliflər almısan?

- Bəli, bir neçə klub var ki, təkliflər göndərib. Lakin hələ onlara dəqiq cavab verməmişəm. Gərək, komandamdan mənə dəqiq bir söz desinlər ki, işimi bilim.

- Səni heyətində görmək istəyən ilk “altılıq” komandalarıdır, yoxsa?

- Hən birinci, həm də ikinci “altılıq”da çıxış edən klublardan dəvət almışam. Sadəcə, çalışacağam ki, son qərarımı mənim üçün sərfəli olan komandanın xeyrinə verim. Həmçinin də, daim əsas heyətdə oynaya bilim.

Əli HƏYATİ

Daha çox


Son xəbərlər