İyunun 7-də Bakı şəhər halqasında virtual Formula 1 Azərbaycan Qran-Prisi keçiriləcək.
Qol.az "Azərtac"a istinadən xəbər verir ki, Serxio Peres və Pyer Qaslinin virtual dünya çempionatında debütü məhz Azərbaycan Qran-Prisinə təsadüf edəcək. Onlarla yanaşı, yürüşdə Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris güclərini sınayacaqlar. Həmçinin Dakar rallisinin sabiq çempionu Mattias Valkner da iştirakçılar arasında yer alacaq.
Qran-Pridə “Mançester Siti”nin müdafiəçisi Emerik Laporte, “Milan”ın qapıçısı Canluici Donnarumma, “Real"ın qapıçısı Tibo Kurtua da birincilik uğrunda yarışacaq.
Yarış Formula 1-in “YuTub”, “Tvitç”, “Feysbuk”, həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı