Qol vurdular, karantin qaydasını pozdular - Şəkillər

Qol vurdular, karantin qaydasını pozdular -  Şəkillər
DÜNYA FUTBOLU 17 May 2020 / 00:10 3372
-  A +

"Herta"nın futbolçuları Almaniya Bundesliqasının 26-cı turunda "Hoffenhaym"la oyunda (3:0) sosial məsafə qaydalarını pozublar.

Qol.az xəbər verir ki, Berlin təmsilçisinin müdafiəçisi Dedrik Boyata ikinci hissədə rəqibin avtoqolundan sonra sevincini bölüşərkən komanda yoldaşı Marko Qruiçi öpüb. Eləcə də, "Herta"nın futbolçuları qol sevincini bölüşərkən qucaqlaşıblar. Bunlar isə karantin qaydalarına ziddir.

Ancaq buna görə "Herta" futbolçuları cəzalanmayacaqlar. Bundesliqanın nümayəndəsi yerli mətbuata açıqlamasında bildirib ki, qolların qeyd olunması ilə bağlı klublara yalnız tövsiyyələr verilib, buna görə cəzalar nəzərdə tutulmayıb.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər