"İddiaçılar Turnirini yarımçıq saxladılar. Yarış bir müddət sonra qaldığı yerdən davam edəcək. Cox təəssüf ki, burada sevinəcək heç bir şey yoxdur".
Qol.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinin yarımçıq dayandırılması barədə qərarı "Feysbuk" hesabı vasitəsi ilə şərh edərkən deyib.
O bildirib ki, Rusiyanın Yekaterinburq şəhərindəki yarışda 8 şahmatçının 7 turdan sonra mübarizəsinin bu formada saxlanılması qəribədir: "Heyf o qədər ev hazırlıqları, debütlər, məşqçilər, komandaya gedən vəsait və zamana. Şahmatçılar öz debüt sirlərini və hazırlıqlarını göstərdilər. Hələ 14 günlük turnirin karantinini demirəm. Amma bu gün FIDE nümayəndələri dedi ki, turnir qaldığı yerdən davam edəcək".
Məmmədyarov məsələnin həlli yolunu da göstərib: "Ümidvaram ki, ali şahmat qurumu 2 il sonra keçirəcəyi növbəti İddiaçılar Turnirinə Teymur Rəcəbova dəvət gondərəcək və bu narazılıqlar aradan galxacaq. Teymur bizim fəxrimiz və qürurumuzdur. Onun turnirdən uzaq qalmasını heç vaxt heç bir şahmatçı istəməzdi. Heyf ki, bele oldu. Vaxtında İddiaçılar Turnirinin 7 istirakçısından 2-si Teymura dəstək olsaydı, hər şey tam fərqli olardı. Təəssüf ki, turnirdən öncə heç biri dəstək olmadı. Növbəti İddiaçılar Turnirinə birbaşa dəvət edəcəklərinə ümid edirəm!"
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı