"Sabah"a keçmək istəmirdim" - Ekşteyn

"Sabah"a keçmək istəmirdim" - <b style="color:red"> Ekşteyn</b>
ÖLKƏ FUTBOLU 20 Mart 2020 / 12:45 1928
-  A +

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram".

Qol.az xəbər verir ki, bu sözləri  "Səbail"in cənubi afrikalı  futbolçusu Hendrik Ekşteyn ölkəsinin mətbuatına açıqlamasında deyib.

Ötən yay Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan  ayrıldıqdan sonra “Sabah”a keçən 29 yaşlı yarımmüdafiəçi əvvəlcə bu barədə danışıb:  “Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Həmyerlim Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

Xatırladaq ki, Hendrik Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlasa da, qış fasiləsində klubdan ayrılaraq “Səbail”ə keçib.
 

Daha çox


Son xəbərlər