Dani Alveşin avtomobili oğurlandı

Dani Alveşin avtomobili oğurlandı
DÜNYA FUTBOLU 13 Fevral 2020 / 17:56 2743
-  A +

“San Paulo”nun futbolçusu Dani Alveş xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı futbolçunun avtomobili oğurlanıb. Hadisə San-Paulo şəhərinin Pineyros bölgəsində baş verib.

Avtomobilini dayanacaqda saxlayan Alveş, geri qayıdarkən maşının yerində olmadığını görüb. Məsələ ilə bağlı araşdırma aparan yerli polis, oğruların duracağa nəzarət edən mühafizəçini təhdid edərək, Alveşin maşınını oğurladıqlarını bildirib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın