"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç

"Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik" - Obradoviç
ÖLKƏ FUTBOLU 19 Noyabr 2019 / 21:42 2541
-  A +

“Yeni dəvət olunmuş futbolçulara şans verməyi planlaşdırmışdıq və belə də etdik. Oyunun əvvəlində bir qədər istədiyimizi reallaşdıra bilmədik".
 
Qol.az xəbər verir ki, bu sözəri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Ukrayna ilə yoxlama oyunundan (1:1) sonra AFFA-nın saytına açıqlamasında deyib.

O, komandada müəyyən çatışmazlıqlar olduğunu bildirib: "Çıxışımız qeyri-sabit alınırdı, əminlik çatmırdı. Bu da qeyd etdiyim kimi, heyətdə yeni dəvət etdiyimiz futbolçulara üstünlük verməyimizdən və çox istəkli olmağımızdan irəli gəlirdi. Son 30 dəqiqədə 2 hücumçu ilə çıxış etdik. Narazı qaldığım məqamlardan biri oyun zamanı bəzən nəzarəti tamamilə əldən verməyimizlə bağlıdır. Elə dəqiqələr olurdu ki, nə etdiyimizi bilmirdik. Ukrayna millisinin əks-hücumlarda daha yaxşı təsir bağışladığını bilə-bilə onlara oynamaq imkanı yaradırdıq”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı