"Qarabağ"ın oyununda 30 min Azərbaycan bayrağı

"Qarabağ"ın oyununda 30 min Azərbaycan bayrağı
ÖLKƏ FUTBOLU 18 Oktyabr 2019 / 11:48 4388
-  A +

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə Bakıda keçiriləcək görüşdə növbəti dəfə bayraq aksiyası təşkil edəcək.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrarimov  Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. O, bununla bağlı UEFA-ya müraciət etdiklərini deyib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma üçün 30 min Azərbaycan bayrağı sifariş verilib. Bayraqlar oyun günü tribunalara düzüləcək.

Qeyd edək ki, oktyabrın 24-də keçiriləcək "Qarabağ” - APOEL görüşü saat 20:55-də başlayacaq.

Daha çox


Son xəbərlər