Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.
Qol.az-ın məlumatına görə, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb. Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk "6-lıq"dakı yerini təmin edib. Beləliklə, Şərifov lisenziya normasını doldurub və Tokio Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib.
Xatırladaq ki, atletikanın çəkicatma növündə Anna Skidan, üzgüçü Maksim Şemberev, gimnast Zöhrə Ağamirova güləşçi Mariya Stadnik də Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi