"Qarabağ" klubu bu həftənin bazar günü “Neftçi”yə qarşı keçiriləcək Azərbaycan Premyer Liqasının 4-cü turuna biletin qiymətini müəyyənləşdirib.
Klubun direktoru Əmrah Çelikel Qol.az saytına açıqlamasında əvvəlcə "Neftçi" ilə oyunun biletlərinin 51 manat olacağı ilə bağlı son günlər mətbuatda yayılan xəbərlərə münasibət bildirilib. O, bununla bağlı məlumatların həqiqətə uyğun olmadığını söyləyib: "Bizim bilet söhbəti, azarkeşlərin stadiona gəlişinin qarşısını almaqla gündəmə gəlmək fikrimiz yoxdur. Hamı bilir ki, futbol azarkeşlər üçün oynanılır. Stadiona nə qədər çox azarkeş gəlsə, Azərbaycan futbolu üçün o qədər yaxşı olar".
Klub rəsmisi əvvəlki Premyer Liqanın matçlarında olduğu kimi, “Neftçi” ilə görüşdə də biletin qiymətinin 1 manat olacağını söyləyib.
Xatırladaq ki, ötən mövsümün son turunda "Neftçi" "Qarabağ"la "Bakcell Arena"dakı oyun üçün bilet matç günü gözlənilmədən 50 manata qaldırmışdı.
Əlavə edək ki, Premyer Liqanın 4-cü turunun "Qarabağ" - "Neftçi" görüşü sentyabrın 15-i, saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi
CAF-in baş katibi istefa verdi
Azərbaycan çempionatında mükafat qazandılar
"Qolum sınsa da, döyüşməyə davam etdim" - Tofiq Musayev
Yalnız “Quba” və “Qaradağ Lökbatan” qələbəyə sevindi
AFFA nümayəndələri RFİ-nin tədbirində iştirak ediblər
Neymar səfər matçlarından imtina etdi