Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün keçirilən “Neftçi” – “Sumqayıt” matçında (2:1) xoşagəlməz hal yaşanıb.
Qol.az xəbər verir ki, matçın son dəqiqələrində - “Neftçi”nin 2-ci qolundan sonra qonaqların kapitanı Vurğun Hüseynovla “ağ-qaralar”ın oyunçusu Anton Krivotsyuk arasında qalmaqal yaşanıb. Krivotsyuk qoldan sonra Hüseynova qarşı qeyri-etik jest edib. Vurğun isə gənc müdafiəçini vurub.
Görüşün baş hakimi Səbuhi Bayramov Krivotsyuku ikinci sarı, Hüseynovu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovub.
Bundan başqa, qalmaqal zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev arasında da mübahisə düşüb. Hətta Tarıverdiyev bu zaman Abbasovu vurub. Hakim ona sarı vərəqə göstərib.
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi
"Roma" yeni stadionunun planını təqdim etdi - Şəkil
AFFA üç klub rəsmisini futboldan uzaqlaşdırdı
Dembele ilin idmançısı seçildi
Sxadadze 4 oyunluq cəzalandırıldı