"Çempionluğa da oynaya bilərik" - "Sabah"ın legioneri

"Çempionluğa da oynaya bilərik" -  "Sabah"ın legioneri
ÖLKƏ FUTBOLU 20 Avqust 2019 / 00:20 3234
-  A +

“Sabah”ın futbolçusu Hendrik Eksteyn Premyer Liqamızın birinci turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçədən sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Qol.az xəbər verir ki, cənubi afrikalı yarımmüdafiəçi əvvəlcə oyunla bağlı danışıb.

 
- Həmişə üç xal haqqında düşünürük. Çətin görüş oldu, “Neftçi” güclü rəqibdir. Bir xal götürmək normal nəticə sayılmalıdır.
 
- İki topunuz dirəkdən döndü. Hesabı ədalətli sayırsınız?

- Deyə bilərəm ki, hərdən belə olur, qol şansları yaradırsan, amma dirək və tir buna mane olur. Bu, bəxtsizlikdir. 1:1 hesabı pis nəticə deyil.
 
- “Sabah” çempionluğa oynaya bilər?

- Məncə, biz Avroliqanı da düşünə bilərik. Təbii ki, hər oyunda şanslardan yaxşı istifadə etsək, çempionluğa da oynaya bilərik.
 
- “Kayzer Çifs” kimi məşhur klubdan “Sabah”a niyə gəlmisiniz?

- Hər dəfə məkanı dəyişmək gözəldir, indi Azərbaycandayam. Mənə də maraqlı gəlir. Yeni macəradır.
 
- Adınız daha əvvəl “Qarabağ”la da hallanıb. Bu söhbətlər həqiqət idi?

- “Qarabağ”dan yox, “Səbail”dən maraqlanıb, təklif göndərmişdilər.
 
- “Səbail”in təklifini niyə qəbul etmədiniz?

- Əvvəlcə “Səbail”dən təklif almışdım. Qorxdum, bilmirdim hara və niyə gedirəm. “Sabah”dan təklif alandan sonra isə “Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovudan məlumat aldım. Azərbaycanı çox təriflədi. Qərara gəldim ki, “Sabah”a keçməliyəm.
 
- Azərbaycanda oynaya-oynaya Cənubi Afrika Respublikasının milli komandasına dəvət almaq mümkündür?

- Məncə, onlardan zəng ala bilərəm. Çünki xaricdə oynayanlarla maraqlanırlar. Buranın çempionatı kifayət qədər normal səviyyədədir. Niyə də yox?! Mən ümidliyəm ki, dəvət gələcək.

Daha çox


Son xəbərlər