Türkiyə Futbol Federasiya milli komandanın baş məşqçisi Mirça Luçesku ilə yolların ayrıldığını rəsmən açıqlayıb.
Qol.az xəbər verir ki, federasiyanın rəsmi saytının yaydığı məlumatda rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulduğu bildirilib.
İstefası ilə bağlı danışan Luçesku bunları söyləyib: "Türkiyə millisinin heyətini yeniləmək və gəncləşdirmək hədəfi ilə çıxdığımız yolda işimizi tamamladığımıza inanıram. Avro-2020-nin seçmə mərhələ oyunları öncəsi federasiya rəhbərliyi və yeni baş məşqçinin yolunu açmaq üçün qarşılıqlı anlaşma əsasında bu qərarı qəbul etdik. TFF prezidenti Yıldırım Dəmirörən və idarə heyətinə burada olduğum müddətdə mənə inandıqları və dəstək olduqları, məşqçilər heyətinə isə işimdə mənə kömək etdikləri üçün təşəkkürümü bildirirəm. Türkiyənin həmişə qəlbimdə xüsusi yeri olacaq".
Qeyd edək ki, Luçesku 2017-ci ilin yayında TFF ilə 2+1 illik müqavilə imzalamışdı. Türkiyə millisi onun başçılığı altında keçirdiyi 17 görüşün yalnız 4-də qələbə qazana bilib. 7 qarşılaşmada uduzan ay-ulduzlular 6 dəfə isə heç-heçə edib.
Pelleqrini sıradan çıxdı
Premyer Liqada ən çox qol epizodunu onlar yaratdı
"Real" sabiq futbolçusunu geri qaytarır
Alman klubu "Mançester Siti"nin hücumçusu ilə maraqlanır
Avropada ən çox driblinqi kim edib?
İngiltərə klubunun sabiq futbolçusu vəfat etdi
"Bornmut"un müdafiəçisi nəhəng klubların hədəfində
"Difai"nin 5 qollu qələbəsindən - Video
Keyn, Haaland, Mbappe...
"Fənərbaxça" Şimanski ilə sağollaşır?
"Barselona" İngiltərə klubunun futbolçusuna göz dikdi
Mbappe də Mərakeşə yollanır
"Turan Tovuz"un qış hazırlıq planı müəyyənləşdi
"Karvan-Yevlax" legioneri ilə yollarını ayırdı
Maradonanın cırılmış forması rekord məbləğə satıldı
"Milan"ın çempion olmağı çətin görünür"
1-ci liqada ilin son oyunları keçirildi
İlin ən yaxşı qadın hakimləri - Siyahı