“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə “Sportinq”ə 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, avrokuboklarda 100-cü oyununa çıxan təcrübəli müdafiəçi əvvəlcə görüşlə bağlı danışıb.
- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz və bu qarşılaşma ağır məğlubiyyətlə yekunlaşdı. Hisslərinizi bölüşərdiniz.
- Çox danışacaq bir şey yoxdu. Hesab hər şeyi deyir.
- Lissabonda bu rəqibə 0:2 hesabı ilə uduzsanız da, bu dəfə daha fərqli oldu. Nə baş verdi?
- Bu gün tam fərqli “Sportinq” oynayırdı. Bilmirəm, bu, baş məşqçi dəyişikliyinə görədir, yoxsa yox, amma rəqib tam fərqli oynadı. Kubok oyununda onları təhlil etmişdik, çox aqressiv çıxış edirdilər. Səviyyə fərqi çox böyükdür, meydanda açıq-aşkar görünürdü. Desək ki, bizim futbolçularda istək yox idi, mübarizə aparmırdılar, adamın dili gəlməz. Ustalıq səviyyəsi adi epizodlarda özünü göstərdi.
- Yığma komandamızın Millətlər Liqasındakı uğursuz çıxışları sizə təsir edib?
- İnanmıram. O oyunların buna aidiyyatı yoxdur. Toparlanıb ilin sonuna kimi 5 oyuna çıxmalı, daha sonra II dövrəyə və növbəti avrokubok mövsümünə hazırlaşmalıyıq. Nə qismət olsa, ona hazırlaşmalıyıq. Ruhdan düşmək və “sınmaq” vaxtı deyil. Bizə yaraşmayan formada acınacaqlı şəkildə yenilgi yaşadıq. Belə məğlubiyyət ağlımıza gəlməzdi. Bu, ən böyükhesablı ev məğlubiyyətimiz oldu. 70-ci dəqiqəyə kimi qapıya gələn dörd zərbənin hamısı qol oldu. Ümumiyyətlə, bu mövsüm qapımıza nə zərbə gedirsə, qol olur. Ötən mövsüm xal aldığımız oyunlarda bəzən rəqib istifadə edə bilmirdi, bizə də motivasiya gəlirdi və hərdən istifadə edirdik. Ancaq bu il tam fərqli ssenari gedir. Sanki Çempionlar Liqasında oynayırıq. Düzdür, ötən il də 6 qolla uduzmuşduq. Amma belə ağır oyunlarımız olmamışdı. “Arsenal”dan evdə üstün çıxış etmişdik, “Sportinq”lə də səfərdə pis oynamamışdıq. Komanda şəklində ruhdan düşmək olmaz. Qışda özümüzə gəlmək üçün vaxt olacaq. Ağır period keçiririk.
- İbrahim Şehiç üçün darıxırsınız?
- Şehiç söhbəti deyil. Çatışmayan şeylərimiz var, hamı bunu anlayır. Birdən-birə bəzi şeylər düzəlmir. Bunun üçün vaxt lazımdır.
- “Qarabağ”ın bu mövsümkü zəif çıxışını nə ilə əlaqələndirə bilərsiniz?
- Çox şeylə əlaqələndirmək olar. Bu gün səbəb gətirmək zamanı deyil. Özü də belə məğlubiyyətdən sonra. Çatışmayan cəhətlər var. İnşallah, zamanla bunlar həll olar. Qış və ya yay transfer dönəmlərində komandamız düzələcək.
- Avrokuboklarda 100-cü oyununuzu keçirdiniz. Sizə hansısa yerli futbolçu çata bilərmi?
- Bu dəqiqə 100-cü oyun hayında deyiləm.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu