Millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsinin beşinci turunda sabah Farer adalarını qarşı keçiriləcək oyun öncəsi mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matçla bağlı fkirlərini bildirib.
- Çox danışmağa ehtiyac yoxdur. Hər şey məlumdur. Komandanı pis hazırlamamışıq, sabahkı oyunu gözləyirik. Düzgün oyun qurub, uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Pavel Paşayevin durumu necədir?
- Durumu pis deyil, hər şey qaydasındadır.
- Rəqibin baş məşqçisi və kapitanı kifayət qədər iddialı danışdı. Onlardan hər hansı bir sürpriz gözləyirsinizmi və buna hazırsınızmı?
- Rəqibi tam yaxından tanıyırıq. Onlara qarşı oynamışıq. Hər bir komanda belə oyunda iddialı olmalıdır. Biz də iddialıyıq. Hər bir futbolçumuz ən yaxşı oyununu göstərəcək və rəqibin sürprizlərinə hazır olmağa çalışacağıq. Onların Kosovo ilə oyunlarına da baxmışıq. Fərqli heyət, dəyişikliklər. Matçın gedişində dəyişikliklər edə bilərik. Biz də iddialıyıq və qələbə qazanmağa çalışacağıq.
- Ötən oyunlarla müqayisədə heyətə yeni futbolçular cəlb etmisiniz. Start heyətində dəyişiklik planlaşdırırsınızmı?
- Bəli, yeni oyunçular var. Amma bununla bağlı fikir bildirə bilmərəm. Sabah oyundan əvvəl heyət bəlli olacaq.
- Son vaxtlar səfər matçlarında daha yaxşı çıxış edirsiniz. Hətta bu, “Qarabağ”a da aiddir. Bunu nə ilə əlaqələndirmək olar?
- Əlaqələndirmək istəməzdim. Bir tərəfdən hər bir futbolçu elə də pis hal deyil. Amma hər halda bütün komandalara baxsaq, evdə daha çox xal toplayırlar. Bakıda da yaxşı nəticə əldə edə bilərik. Bəzən səfərdə oyun qurmaqla, evdəki matça hazırlaşmaq fərqli olur. Ev sahibi aktiv oynamaq, hücumda oynamaq istəyir. Öz meydanımızda çıxış edəndə rəqib müdafiədə daha diqqətli olur. Ancaq çox olub ki, rəqibin müdafiə olunmasına baxmayaraq, çox qol vəziyyəti yaratmışıq. Qələbə əzmi ilə hazırlaşırıq və inanıram ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.
- Hücum siyahısında 5 oyunçu var. Son iki matçda 2 hücumçu ilə oynamağınız mümkündürmü?
- 2 hücumçu dedikdə, mənim futbolçulardan həmişə tələbim odur ki, hücumda sayımız çox olsun. Bu o demək deyil ki, mütləq 2 hücumçu ilə çıxış edək. Ön xətdə olan oyunçulara həmişə hücumçu gözü ilə baxıram. Oyunun gedişinə görə, bəzən 2, bəzən 3 hücumçu meydana buraxırıq. Bizim hədəfimiz oyun üslubumuzu daha da yaxşılaşdırmaqdır. Lazım olsa, yenə dəyişikliklərə əl atacağıq.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu