"Neftçi"nin futbolçusu Soni Mustivar Topaz Premyer Liqasının 11-ci turunda "Zirə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra brifinq keçirib. Qol.az-ın məlumatına görə, o, matçla bağlı fikirlərini bildirib.
- İki dəfə önə keçsəniz də, hesabı qoruya bilmədiniz. Buna nə mane oldu?
- Hər bir oyunda sonadək diqqətli olmaq, diqqətsizliyə yol verməmək lazımdır. Buraxdığımız ilk qolda mənim də səhvim var idi. Bir az mərkəzdə qalaraq, imkan verməməli idim ki, hücumun istiqaməti dəyişsin. Bizim üçün doğrudan da çətin oyun oldu. "Zirə"ni təbrik edirəm. Rəqib çox gözəl oyun və yaxşı komanda olduğunu göstərdi.
- Xal itkisi çempionluğa gedən yolda komandanıza hər hansı təsir etməyəcək?
- Deməzdim ki, oyundan əvvəl kimsə belə asan qələbəni düşünürdü. Bilirdik ki, "Zirə" sonuncu pillədə olsa belə, buna layiq deyil. Yaxşı oyunçular və yaxşı komandaya malikdirlər. Çətin olacağını bilirdik. Bunu ilk dövrədəki oyunumuzda da görmüşdük. Sadəcə, "Zirə" kimi biz də sonadək döyüşdük. Nəticədə məhsuldar heç-heçə oldu.
- Komandanızda "Qarabağ"ın sizi hər an keçə biləcəyinə dair həyəcan var?
- Xeyr, heç bir psixoloji təzyiq yoxdur. Həyəcanlanmıram, hələ də ilk pillədəyik. Hazırda ən yaxın izləyicimizdən 6 xallıq üstünlüyümüz var. Sabah "Qarabağ"ın "Qəbələ" ilə səfər matçının necə bitəcəyini demək çətindir. Belə davam etsək, mayda çempion olacağıq.
- Yeri gəlmişkən, "Qəbələ" - "Qarabağ" matçına proqnozunuz necədir?
- Təbii ki, "Qəbələ"nin qalib gəlməsini istərdim. Maraqlı görüş olacaq. Buna əminəm. Çünki "Qəbələ" son vaxtlar çox yaxşı oyun sərgiləyir.
- Ötən mövsümlə müqayisədə bu il elə də aktiv görünmürsünüz. Bu, Roberto Bordinin baş məşqçi vəzifəsinə gəlişindən sonra olub, yoxsa başqa səbəb var?
- Heç bir narahatlıq hiss etmirəm. Düzdür, keçən mövsüm daha hücumameylli oynayırdım. Bordin isə məni müdafiəyə meylli oyunçu kimi görür. Amma özüm üçün fərqi yoxdur. Ən əsası odur ki, komandama fayda verə bilim.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu