“Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov Qol.az-a müsahibə verib. Son illər Azərbaycan futbolunda işləməyin çətinliyindən danışan mütəxəssis maraqlı fikirlər səsləndirib.
- “Kəpəz” ötən mövsüm Premyer Liqada çıxış edəndə də sonuncu pillədə idi, bu il divizionda da autsayderdir. Sizcə, başlıca problem nədədir?
- İndiki problem haqda heç nə deyə bilmərəm. Amma mən ora bu mövsüm üçün yaxşı komanda yaratmaq fikri ilə getmişdim. Əfsuslar olsun ki, klub yüksək liqadan düşdü. Halbuki mənə belə bir söz deyilməmişdi. Komandanın diviziona düşmək söhbəti yox idi. Komandanı qəbul edəndə də danışmışdıq ki, yeni mövsüm üçün döyüşkən kollektiv formalaşdırıb, yuxarı yerlər uğrunda mübarizə aparacağıq. Mövsümün sonunda isə dedilər ki, son pilləni tutan klub elitanı tərk etməlidir. Ümumiyyətlə, “Kəpəz”də çox problemlər oldu. İndi onu açıqlamağım düzgün də olmaz. Deyirlər ki, Yunis müəllim komandanı yüksək liqada saxlaya bilmədi. Amma elə deyil. O komandanı Premyer Liqada saxlamaq mümkün deyildi. Problemlər həddindən artıq çox idi. Lap qalsaydı belə, yenə uğursuz nəticələr qazanacaqdı. Çünki futbolçularda psixoloji baxımdan yorğunluq, klubda isə maddi problemlər var idi. Hətta gətirdiyimiz legioner futbolçulara da bu baxımdan əziyyət verdik. Amma onlar oynadılar.
- Yenidən işləməyi düşünmürsünüz?
- Hələ ki, boşluqdur. 8 komandalı çempionatda necə işləyim? Elə bir imkan da yoxdur. Məndən başqa da o qədər işsiz məşqçilər var ki, hərəsi bir komandanı çalışdıra bilərlər. Mümkün deyil. Ümumiyyətlə, bu gün Azərbaycan Premyer Liqasında işləmək çətinləşib.
- Bəlkə, ölkə xaricinə gedəsiniz...
- Azərbaycan elə bir futbol ölkəsi deyil ki, hansısa əcnəbi klub bizim məşqçini götürsün. Bizim menecerlərimiz olmadığına görə çətinlik var. Amma 2-3 nəfər söz verib, gözləyirəm. İnanıram ki, yaxşı olar. Bu gün deyirlər ki, yaşlıları gəncləşdirmək lazımdır. Amma biz hələ qocalmamışıq.
- Diviziondan da təklif yoxdur?
- Hansı diviziondan?
- Birinci diviziondan.
- O vaxt da demişəm ki, diviziondan təklif gəlsə belə, orada işləməkdə çətinlik çəkərəm.
- Bəs Premyer Liqaya iddialı divizion təmsilçisi təklif göndərsə?
- Elə bir klubumuz yoxdur, heç olacağına da inanmıram. Çünki bu gün divizionda oynayan komandalara 1-2 ildən sonra elitaya çıxacağına dair heç kim zəmanət vermir. Bir də görürsünüzü ki, deyirlər, bu mövsüm Premyer Liqaya yüksələn komanda olmayacaq.
- Bir az da başqa mövzudandanışaq. “Qarabağ” sabah Avopa Liqasının qrup mərhələsində səfərdə “Vorskla” ilə qarşılaşacaq. Yəqin ki, Bakıda məğlub olduqları matçı izləmisiniz. Bu mənada səfər görüşündən nə gözləyirsiniz?
- Bakıdakı oyuna baxdım. Desəm ki, "Vorskla” burada yaxşı təsir bağışladı, yalan olar. “Qarabağ” həmin matçda yaxşı oynadı, sadəcə, imkanlardan istifadə edə bilmədi. Hazırda komandanın əsas problemi odur ki, qol vura bilmir. Çoxlu sayda epizod yaradırlar, amma fərqlənə bilmirlər. Məncə, səfərdə qələbə qazana bilərlər. “Qarabağ”ın enişi Azərbaycan çempionatının səviyyəsinin aşağı olması ilə bağlıdır. Çempionat nə qədər zəifləyirsə, güclü komandalarımızın da səviyyəsi yavaş-yavaş aşağı düşür. Mən də futbolçu olmuşam, özümdən götürüm, qarşımdakı rəqib zəif olanda oyuna köklənmək çətinləşir. Bu isə istər-istəməz mənfi təsir göstərir.
- Bu gün Premyer Liqaya “Neftçi” başçılıq edir. Sizcə, komandanın mövqeyi ilə sərgilədiyi oyun üst-üstə düşürmü?
- Hazırda çempionluğa oynayan iki komanda var: biri “Neftçi”dir, digəri “Qarabağ”. Digər 6 komandanın səviyyəsi isə eynidir. “Neftçi” neçə ildir çempion olmur. Ona görə də futbolçular meydana daha istəkli çıxırlar. Lider olmaları isə onları daha da həvəsləndirir. Bir məsəl var, deyirlər, iştah diş altındadır. Komanda ardıcıl qələbələr qazandıqca, psixoloji cəhətdən də üstünlüyə yiyələnir.
- Necə düşünürsünüz, konkret desək, “Neftçi” bu mövsüm çempion ola bilərmi?
- İndidən “Neftçi” 5 xal öndədir, çempion olacaq” demək səhv fikirdir. Hər şey hələ qabaqdadır. Bu mövsüm onların qızıl medallara yiyələnməsi mümkündür. Amma məncə, mövsümün sonunda yenə “Qarabağ” çempion olacaq.
- Qarşıda milli komandamız üçün də vacib oyunlar var. Millətlər Liqasının qrup mərhələsində 2 matçımız qalıb. Evdə Farer adaları, səfərdə isə Kosovo ilə oynayacağıq. Ümumiyyətlə, qrupu birinci yerdə başa vurmaq mümkün olacaqmı?
- Əlbəttə, mümkündür. İnanıram ki, hər iki oyunda qalib gələ biləcəklər. Ancaq imkanlardan maksimum yararlanmaq lazımdır. Malta ilə oyunda da gördük ki, qol epizodları yaratdıq, istifadə edə bilmədik. Nəticədə də xal itirdik. İlk oyun Farer adalarına qarşı olacaq. İnanıram ki, həmin matçı udacaqlar. Amma Kosovoda bizi çox çətin oyun gözləyir. Çünki orada stadion da tam dolu olacaq. Onlar da Avropa çempionatında iştirak etmək istəyirlər. Tam hazır olmaq lazımdır.
- Bayaq “Qarabağ”ın əsas probleminin qol vurmaq olduğunu dediniz. Maraqlıdır ki, millidə də bu çatışmazlıq var. Bu, nə ilə bağlı ola bilər?
- Çünki millidə oynayan futbolçuların 50-60 faizi “Qarabağ”ın üzvləridir.
Elnur SALAHOV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu