“Asan qələbə qazandığımızı deməzdim. Oyun çətin keçdi. Yaxşı mübarizə apardıq. Baş məşqçimizin verdiyi bütün tapşırıqları yerinə yetirdik. Nəticədə 3 xalı qazandıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 5-ci turunda “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın futbolçusu Rahil Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O, çempionluqda haqda danışmağın tez olduğunu söyləyib:
“Düşünmürəm ki, rahat çempion olacağıq. İndidən çempionluq barədə danışmaq üçün tezdir. Qarşıda oyunlarımız var, onlara köklənməliyik”.
22 yaşlı müdafiəçi oyuna hansı heyətin çıxacağını əvvəlcədən bilinmədiyini deyib:
“Bizdə ikinci heyət anlayışı yoxdur. Hər kəs məşqdə bir hazırlaşır, öz gücünü ortaya qoyur. Öncədən bilinmir ki, Avroliqada və ya Premyer Liqada hansı heyət meydana çıxacaq. Baş məşqçimiz hazır olan futbolçuları meydana buraxır. Hər mövqedə bir neçə futbolçumuz var. Bu da rəqabət yaradır. Düşünürəm ki, rəqabət olan yerdə inkişaf da olur”.
Messi dubl etdi
"Komandadan razı qaldıq" - Millinin məşqçisi
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Karvan-Yevlax" "Şamaxı"ya, "Sabah" "Qarabağ"a qalib gəldi
"Real" Asensionun son durumunu açıqladı
"Sabah" ilk hissəyə qırmızı vərəqə ilə başladı
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Sabah" penaltini dəyərləndirə bilmədi
Derbinin qəhrəmanı qapıçı oldu
Mikelsin qolu, "Karvan-Yevlax"ın inamlı qələbəsi - Video
Azərbaycan millisi Andorraya qalib gəldi
“Çox çətin oyunda qələbə qazandıq” - Fizuli Məmmədov
“Qarabağ” - “Sabah” : Heyətlər
Klub prezidenti Konte ilə təcili görüşəcək
Zelim Tçkayev bürünc medal qazandı - Avropa çempionatı
Alleqridən "Milan"dan ayrılacağı barədə xəbərlərə münasibət
Dünya kubokunda mübarizə aparacaq Azərbaycan boksçuları
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başladı
Neymar: "Ofsayd qaydası dəyişilməlidir"
"Karvan-Yevlax" - "Şamaxı": Heyətlər