"Qarabağ" Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir" - Vaqner Silva

"Qarabağ" Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir" - Vaqner Silva
MÜSAHİBƏ 18 Sentyabr 2018 / 17:15 5416
-  A +

"Qarabağ"ın qapıçısı Vaqner Silva Portuqaliya mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Avropa liqasının qrup mərhələsinin ilk turunda sentyabrın 20-də "Sportinq"lə keçiriləcək oyundan danışan braziliyalı qolkiper şansları dəyərləndirib.

- "Qarabağ" portuqaliyalı azarkeşlər üçün tanış komanda deyil. Klubu necə təqdim edərdiniz?

- Faktiki olaraq, heç şübhəsiz, Azərbaycanın ən böyük klubu, 5 qat çempion, super peşəkar və yaxşı təşkilatlanmış komanda. O, Portuqaliya nəhəngləri ilə eyni səviyyədədir. Ötən mövsüm çempionatda ikinci pillədəki "Qəbələ"ni 16 xal qabaqlayaraq, titula sahib çıxıblar. Ardıcıl 6 ildir avrokubokların daimi iştirakçısıdır. Hər il bu komandaya yüksək səviyyəli futbolçular cəlb olunur.

- Komandanızın Avropa Liqasının qrup mərhələsindəki hədəfi nədir?

- Mənim özünəməxsus fəlsəfəm var: hər zaman gördüyüm işə baxıram. Qarşımıza öz hədəflərimizi qoymuşuq. Portuqaliyada çıxış edərkən həm "Eştoril", həm də "Boavişta"da fantastik təcrübə qazandım. Artıq bu ölkədə bütün nəhəngləri məğlub etmişəm. Əlbəttə, "Arsenal" və "Sportinq" qrupun favoritləridir. Ancaq biz də olduqca motivasiyalıyıq. Çünki evdə çox güclü olduğumuzu bilirik.

- Portuqaliya ilə bağlı yaxşı xatirələriniz olmamış olmaz...

- Heç şübhəsiz. Misal üçün, 7 oyundan cəmi 2-də "Sportinq"ə uduzmuşam. "Alvalade" stadionunda oynamaq çox xoşuma gəlir. Orada qələbə sevinci yaşamışam.

- Bəs qrupdakı debüt oyunundan nə gözləyə bilərik?

- Gəlin, topla oynamağı sevən iki komanda arasındakı matça baxaq. Rəqibin heyətində demək olar ki, bütün futbolçuları tanıyıram. Yalnız Naniyə qarşı oynamamışam. Düşünürəm ki, baxımlı oyun olacaq və azarkeşlər də buna qiymət verəcəklər.

- Siz məşqçinin casusunuz?

- Yox, yox (gülür). "Qarabağ" rəqibi analiz etməkdə mahirdir. Azərbaycanda bu komandanın necə futbol oynadığını tapa bilmirlər. Bu komandaya gələndə gördüklərim mənim üçün də sürpriz oldu. Bizə lazım olan bütün dəstəyi verirlər. Futbolçular yalnız oyunu düşünürlər. Bundan başqa, hazırkı baş məşqçimiz Qurban Qurbanov həm də Azərbaycan milli komandasını çalışdırır.

- "Sportinq"də hansısa futbolçuya qarşı ehtiyatlı oynamağı söyləmisiniz?

- Oyunlara fərdi keyfiyyətlər baxımından hazırlaşmırıq. Həmişə ümumi kollektivi analiz edirik. Belədə isə "Sportinq"in gücü bizə məlum olur. Əla komandanız var.

Daha çox


Son xəbərlər