“Zirə”nin kapitanı Anar Nəzirov Qol.az-a müsahibə verib. Komandasının mövsümə uğursuz startının səbəblərindən danışan qapıçı milliyə dəvət almamasına da münasibət bildirib.
-“Zirə” 2 oyundan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsindədir. Bu cür startı gözləyirdinizmi?
- Mövsüm yeni başlayıb. Bildiyiniz kimi, komandamızda təzə futbolçular var. İndidən çox şey danışmaq olar. Amma qarşıda uzun marafon var. Cəmi 3 tur arxada qalıb. Biz isə bir oyun az keçirmişik. İnanıram ki, günü-gündən komandamız yaxşıya doğru gedəcək. Bu, hər bir klubun başına gələ biləcək bir işdir. Hər zaman mövsümə istədiyin kimi başlaya bilmirsən. Düzdür, son turda “Sabah”a məğlubiyyət bizi bir qədər üzdü. Ancaq inanıram ki, “Zirə” əvvəlki əzmkarlığını qaytarıb, növbəti oyunlarda digər komandalarla rəqabət apara biləcək.
- “Sabah”la oyundan söz açmışkən, məğlubiyyətə nə səbəb oldu?
- İnanırsınız, həmin həftə komanda sanki tilsimə düşmüşdü. Oyuna qədər gündə bir futbolçumuz zədələnirdi. 1-2 oyunçumuz zədəli halda meydana çıxdı. Hər şey sanki üst-üstə gəldi. Düzdür, bu, bəhanə deyil. Amma bilirsiniz, heyətimiz o qədər böyük deyil ki, kimsə çıxıb kimisə layiqincə əvəzləyə bilsin. Görüşün bir gün əvvələ çəkilməsi də təsirsiz ötüşmədi. Günahı ayrı-ayrılıqda kiminsə üstünə atmayaq, komanda şəklində oyunumuz alınmadı.
- İlk turda “Qarabağ”la oyununuzun təxirə salınmağı necə, nəticələrinizə təsir göstərdi?
- Bayaq da dediyim kimi, bütün səbəbləri saymaq olar. Təxirə salmalar, zədəli futbolçularımızın olması öz sözünü dedi. Amma bunlar artıq geridə qaldı. Növbəti oyunları düşünməliyik.
- Qarşıda millinin oyunları ilə əlaqədar təxminən 3 həftəlik fasilə olacaq. Sizcə, bunun “Zirə”yə xeyiri olacaq?
- Fasilədən maksimum şəkildə istifadə etməliyik. Komandaya yeni qoşulan futbolçular var. Bu baxımdan da fasilə bizim üçün faydalı olar. Daha yaxşı hazırlaşıb, qarşıdakı oyunlarda əlimizdən gələni etməyə çalışacağıq.
- Milli komandamızın Millətlər Liqası üçün heyəti açıqlandı. Çoxları sizin də orada olacağını gözləsə də, Qurban Qurbanov bu dəfə dəvət göndərmədi. Əvəzində isə ilk 3 turda 6 top buraxan Emil Balayev yığmaya çağırıldı. Bu barədə nə deyə bilərsiniz?
- Kimi məsləhət görüb çağırıblarsa, deməli, layiqdir. Elə vaxt olub ki, mən dəvət almışam, başqası çağırılmayıb. Bu, hamımızın milli komandasıdır. Məşqçilər baxırlar, götür-qoy edirlər. Burada ciddi bir şey yoxdur. Kim dəvət alıbsa, uğurlar arzu edirəm. Emilə gəlincə, gənc qapıçımızdır. Təcrübə qazanması baxımından onu çağırmaq lazımdır.
- Necə düşünürsünüz, “Zirə”nin mövsümə uğursuz başlamasının milliyə çağırılmamanıza təsiri oldumu?
- Necə deyim, futbol 1-2 turla götürülmür. Millinin məşqçiləri oyunlara baxır, bəlkə də komandamızın çıxışını da analiz edirlər. Deməzdim, sırf bununla bağlıdır. Qurban müəllim çalışır ki, hər kəsə şans versin. Özünüz də görürsünüz ki, hər dəfə yeni futbolçular cəlb olunurlar.
- Millimiz gələn ay UEFA Millətlər Liqasında ilk oyunlarını keçirəcək. Əvvəlcə - sentyabrın 7-də Bakıda Kosovo ilə qarşılaşacağıq, 3 gün sonra isə Maltanın qonağı olacağıq. Bu oyunlardan nə gözləyirsiniz?
- Hamı deyir ki, Kosovo güclüdür, amma heç kim Maltadan danışmır. Onlar da zəif komanda deyillər. Özünüz də görürsünüz ki, bütün dünyada futbol çətinləşib. Elə komandalar üzə çıxır ki... Misal üçün, 7-8 il əvvəl İslandiya millisinin bu səviyyəyə çatacağını desəydilər, inanmazdıq. Belə uğurlu nəticələr qazanacaqlarını heç kəs gözləmirdi. Artıq hamı futbol oynamağı bacarır və xal almaq üçün Azərbaycanı gözləyir. Necə ki, biz Malta, Farer adaları, Kosovoya eyni gözlə baxırıq. Hər bir oyun çətindir. Kosovo ilə evə oynamaq bizim üçün üstünlükdür. Uşaqlar əllərindən gələni edəcək ki, uğurlu nəticə qazansınlar. Tək Kosovo deyil, Malta özü də çətin rəqibdir. Onlarla AÇ-2016-nn seçmə mərhələsində qarşılaşmışıq. Evdə 2:0 hesabı ilə udmuşduq, səfərdə isə heç-heçə qeydə alınmışdı. Evdə yaxşı mübarizə aparan komandadır.
Elnur SALAHOV
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu