Vüqar Nadirov: "Vurduğum son qolla özünəinamım geri qayıtdı"

Vüqar Nadirov: "Vurduğum son qolla özünəinamım geri qayıtdı"
MÜSAHİBƏ 30 Noyabr 2009 / 00:06 3035
-  A +

"Qarabağ" və milli komandamızın hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi

 

- Vüqar, "Turan"la oyunun ilk hissəsindən sonra komandanız məğlub duruma düşmüşdü. İkinci hissədə isə tamam fərqli oyun nümayiş etdirdiniz. Bu nə ilə bağlı idi?
- Bilirsiniz, eyni senari Tovuzdakı matçdada baş vermişdi. Qapımızda bir qol görəndən sonra əvəzini iki qolla çıxdıq. Qurban müəllimin düzgün dəyişikliklərindən sonra matçda qalib gələ bildik. Rəşadın meydana daxil olmasının bizə böyük köməyi dəydi.
- Ümumiyyətlə, "Turan"ın ilk "altılıq"da olmayacağı demək olar ki, dəqiqləşib. Belə olan təqdirdə tovuzlularla oyun nə dərəcədə əhəmiyyətli idi?
- Bizim üçün istənilən komanda ilə oynamaq əhəmiyyətlidir. Komandanın turnir cədvəlinin hansı pillədə olmasının bizim üçün fərqi yoxdur.
- İcazə ver, səni təbrik edək. Uzun fasilədən sonra nəhayət ki, qol vura bildin. Sonuncu dəfə 21 avqustda "Tvente"ylə matçda fərqlənmişdin. Gözləyirdinmi qol vuracağını?
- Təbrikə görə çox sağ olun. Ehtiyatda oturarkən necə deyərlər "özümü hiss edirdim". İnanırdım ki, meydana çıxıb, qol vura biləcəm. İki dəfə fərqləndim, hətta üçüncü qolu da vurdum. Amma hakim sonuncu qolun oyundankənar vəziyyətdə vurulduğunu bildirərək, qeydə almadı.
- Sənlə bağlı saytımızda "Vüqar Nadirov niyə qol vura bilmir" başlıqlı yazı hazırlamışdıq. Həmin yazıda əmin Adil Nadirov bundan sonra sənin hər oyun iki qol vuracağını bildirdi. Vüqar Nadirovun qollarının ardı gələcək?
- Mən əvvəla hər kəsə təşəkkür edirəm ki, mənə belə etimad göstərirlər. İnşallah, bundan sonra hər oyun qol vurmağa çalışacam. Vurduğum son qolla özünəinamım geri qayıtdı. 
- Premyer Liqanın bugünkü matçlarının nəticələrindən xəbərin var?
- Bəli. "Xəzər Lənkəran" və "Neftçi"nin matçlarını izlədim.
- Sənin üçün bu oyunlarda sürpriz saya biləcəyin nəticələr oldumu?
- "Olimpik-Şüvəlan"dan "Neftçi"yə qarşı belə oyun gözləmirdim. Çox gözəl oynadılar. Digər tərəfdən "Bakı" böyükhesabla "Xəzər Lənkəran"a məğlub oldu. Bu, mənim üçün gözlənilməz nəticə oldu.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi