Xaqani Məmmədov: “Əminəm ki, bu il “İnter” çempion olacaq”

Xaqani Məmmədov: “Əminəm ki, bu il “İnter” çempion olacaq”
MÜSAHİBƏ 26 Noyabr 2009 / 19:21 3004
-  A +

“İnter”in hücumçusu Xaqani Məmmədovun müsahibəsi

- Komandada işlərin necə gedir?
- Təşəkkür edirəm, işlərim normal gedir. Komanda ilə bir yerdə məşq edirəm. Heç bir problem yoxdur.
- Komanda I dövrəni lider kimi başa vurdu. Necə düşünürsən, ikinci dövrədə də bu uğurun davamı olacaqmı?
- “İnter” Azərbaycanın ən güclü komandalarından biridir. Mən komandaya inanıram və əminəm ki, bu il çempion olacaq.
- Bazar günü “Karvan”la qarşılaşırsınız. Oyuna necə hazırlaşırsınız? Matçla bağlı fikirlərini də bilmək maraqlı olardı.
- Tək bu oyuna yox, bütün oyunlara ciddi hazırlaşırıq və meydana qələbə əzmilə çıxırıq. Çalışacağıq ki, Yevlaxdan qələbə ilə qayıdaq.
- Son günlər “İnter”dən ayrılacağın barədə məlumatlar yayılır. Bu məsələyə münasibətini bilmək istərdik.
- Hazırda mənim klubla müqaviləm var. Komandadan ayrılmaq qərarına gəlsəm, bu məsələni ilk növbədə baş məşqçilə danışacağam. Mən “İnter”də qalıb, bu komandanın uğurları üçün çalışacağam.

Mənbə: inter.az

Daha çox


Son xəbərlər