“İnter”in baş məşqçisi Valentin Xodukinin Qol.Az-a müsahibəsi
- Əvvəlcə final oyunu haqda fikirlərinizi bilmək istərdik.
- Nə deyə bilərəm? Komandam zəif təsir bağışladı. 4 futbolçu - qapıçı Vilson, Petroviç, Assioli və Quqlemonu çıxmaq şərtiylə digərləri imkanlarından aşağı çıxış etdilər. Mən onlardan bu cür oyun gözləmirdim.
- Finaldakı məğlubiyyətin səbəbini yalnız bəzi futbolçuların zəif oynamasında görürsünüz?
- Yox, səbəblər çoxdur. Amma əsas səbəb məhz budur. Əgər digər futbolçular da adını çəkdiklərim kimi oynasaydılar, yəqin ki, indi biz başqa şeylərdən danışardıq.
- Komandanız ardıcıl ikinci oyundur ki, “Qarabağ”a qalib gələ bilmir. İlk oyunda çempionatda bu komandayla görüşdə iki vacib xal itirdiniz ki, bu da sizi çempionluqdan etdi. Bu dəfə də “Qarabağ” sizi kuboka həsrət qoydu...
- Bir daha deyirəm ki, bəzi səbəblərin ucbatından “Qarabağ”a qalib gələ bilmədik. Mövsümün sonudur, komanda bir qədər yorulub. Yorğunluğun da məğlubiyyətimizə təsiri oldu. Bəzi futbolçuların fiziki durumları gözlədiyimizdən aşağı oldu. Mövsüm boyu komandada yığılan gərginlik hardasa özünü biruzə verməliydi. Təəssüf ki, bu da özünü məhz “Qarabağ”la matçlarda göstərdi. Uşaqlarda gərginlik də çox idi. Mövsüm boyu keçirdiyimiz ağır oyunlar, bəzi matçlarda hakim səhvləri ucbatından itirdiyimiz xallar - bütün bunlar komandanın çıxışına öz təsiri göstərdi. Həm də onu deyim ki, cari mövsüm ötənilkinə nisbətən daha gərgin, daha çətin keçdi.
- “Qarabağ”ın finaldakı çıxışı barədə nə deyə bilərsiniz? Sizcə, Ağdam klubu həqiqətən də kuboka daha layiq idi?
- Fikrimcə, biz finalda “Qarabağ”la müqayisədə daha yaxşı oynadıq. Çünki onlar bizə nisbətən daha az qol epizodu yaratdılar. Yalnız bəzi epizodlarda rəqibimiz qol vura bilərdi. Məsələn, birinci hissədə Samir Abbasovla qapıçımız arasında yaranan anlaşılmazlıq, həmçinin ikinci hissədə Vaqif Cavadov və Emin İmaməliyevin qol imkanları oldu. Vəssəlam. Bundan başqa “Qarabağ” qapımız qarşısında başqa bir təhlükə yarada bilmədi. Bununla belə, onlar qalib gəldilər. Çünki bir daha deyirəm ki, komandam öz imkanından aşağı çıxış etdi.
- Deyəsən, məğlubiyyət sizə çox pis təsir etmişdi. Hətta buna görə oyunsonrası mətbuat konfransına da qatılmadınız...
- Əslində mənə heç kim deməmişdi ki, oyundan sonra mətbuat konfransı olacaq. Nə təşkilatçılar, nə də mətbuat xidməti. Matç başa çatdıqdan sonra jurnalistlər də meydana daxil olmuşdular. Mən də orada bəzi jurnalistlərə matç haqda fikirlərimi bildirdim. Düşündüm ki, yəqin mətbuat konfransı olmayacaq. Çünki olsaydı, xəbər edərdilər. Buna görə də yollandım komandamızın avtobusuna.
- Oyundan sonra rəhbərliklə görüşünüz oldu?
- Yox, heç bir görüş olmayıb.
- Komandanızın gələcək planları bəllidir? Artıq Avroliqaya birinci mərhələdən başlayacağınız dəqiqləşib.
- Hələ heç nəyə aydınlıq gəlməyib. Bu məsələni klub rəhbərliyi ilə görüşümüz zamanı müzakirə edəcəyik.
- Görüşün vaxtı da hələ məlum deyil?
- Xeyr.
- Bizdə olan məlumata görə, artıq iki futbolçu - İon Testimianu və Oleq Şişkinlə yollarınızı ayırmısınız.
- Bu iki futbolçu həqiqətən də komandamızın düşərgəsində deyillər. Onlar artıq finaldan öncə vətənlərinə yola salınıblar.
- Bu iki futbolçudan başqa düşərgəni tərk edənlər olacaq?
- Bilirsiniz, bu cür məsələləri tək mən həll edə bilmərəm. Çünki bu, insan taleyidir. Ona görə də bu məsələni klub rəhbərliyi ilə görüş zamanı müzakirə edəcəyik.
- Amma yəqin ki, heyətdə dəyişiklik olacaq.
- Təbii. Komandanı tərk edənlər də olacaq, yeni gələnlər də. Bir sözlə, komandada dəyişikliklər olacaq.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu