Avropa Liqasının I təsnifat mərhələsində Lənkəranda “Xəzər Lənkəran”ın qonağı olan Estoniyanın “Nomme Kalyu” klubunun qapıçısı Vitali Teles Qol.Az saytına müsahibə verib.
- İlk oyunda səfərdə heç-heçə oynadınız. Fikirlərini bilmək maraqlı olardı?
- Prinsipcə, nəticə bizi qane edir. Çünki ilk növbədə uduzmamağı qarşımıza məqsəd qoymuşduq, bunun da öhdəsindən gəldik. İndi artıq cavab oyununu düşünürük. Mənə elə gəlir ki, növbəti mərhələyə keçmək şansımız o qədər də pis deyil.
- Baş məşqçiniz havanın həddindən artıq isti olmasından şikayətləndi. Bu amilin oyununuza təsiri oldu?
- Biz Şimal insanlarıyıq. Ona görə də bu cür havaya öyrəşməmişik. Bu mənada, əlbəttə, çox çətin idi. Əgər bir neçə dəfə belə havada oynamış olsaq, bəlkə də öyrəşərik. Ancaq indiki halda həddindən artıq çətin idi. Yaxşı ki, oyunu axşam saatlarına, gün batandan sonraya təyin etmişdilər.
- Çoxları matçdan öncə “Xəzər Lənkəran”ı favorit sayırdı. Ancaq siz gözlənilmədən erkən qol imza atdınız. 4-cü dəqiqədə hesabı açacağınız sənin üçün gözlənilməz olmadı?
- Hardasa gözlənilməz oldu. Ancaq imkan yaranıbsa, niyə də ondan istifadə etməyəsən?
- Ancaq sonradan öz qapınızdan iki top buraxdınız...
- Düzdür, bu artıq xoş olmadı. Qolları öz səhvlərimizdən buraxdıq. Ancaq futbolda belə şeylər olur. Əsas odur ki, sona yaxın bərabərlik qolunu vura bildik.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun fikrincə, sizinlə oyunda onların bəxti gətirməyib. Yəni, siz oyun ərzində iki dəfə mərkəzi keçdiniz və ikisində də qol vurdunuz...
- Bunu demək olmaz kimin bəxti gətirdi, kimin yox. Komanda var ki, 90 dəqiqə öz cərimə meydançasından çıxmır, amma qələbə qazanır. Odur ki, burada bəxt amilini o qədər də qabartmaq istəmirəm. Əsas odur ki, əlinə düşən imkanlardan maksimum istifadə etməyi bacarasan.
- Oyunun böyük hissəsini müdafiədə keçirməyiniz burada heç-heçə üçün gəldiyinizin göstəricisi ola bilər?
- Qeyd etdiyim kimi, biz bura ilk olaraq uduzmamağa gəlmişdik. Bu, o demək deyil ki, qələbə istəmirdik. Sadəcə, səfərdə oyandığımızdan buna uyğun plan qurmalıydıq. Rəqib də zəif komanda deyil. Odur ki, oyunu müdafidən qurub sürətli əks-hücumlara üstünlük verdik. Fikrimcə, bu taktika bizdə heç də pis alınmadı.
- Cavab oyunu haqqında nə düşünürsən? Artıq sizin şansınız daha çoxdur. Bu fikirlə razısan?
- Təbii, evdə oynamaq hər zaman üstünlükdü. Çünki səni doğma puplika dəstəkləyəcək. Ancaq çətin oyun olacaq. Mən öz komandama və qələbəmizə inanıram. Lakin rəqibi mütləq dəyərləndirmək lazımdır.
Anar XANLAROV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu