"Hazırlıqlarımız pis getmir. Futbolçular çox yükləniblər. Heç bir futbolçuya keçirilən iki yoxlama matçında 90 dəqiqə oynamağa şərait yaratmadıq".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandasının Avstriya toplanışını dəyərləndirən çalışdırıcı futbolçulardan razı qaldığıbı bildirib: "Hər iki oyunda komandadan razı qaldım. Yorğun olmalarına baxmayaraq, ciddi səhvləri nəzərə almasaq, düzgün oynamağa çalışdılar. Get-gedə daha da yaxşılaşacaq. Hamı ürəkdən məşq edir, bu hazırlığa çox ciddi yanaşır. Qarşıda 3-cü oyunumuz var. O oyuna kimi daha yaxşı olacaq".
Təcrübəli mütəxəssis Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə keçiriləcək görüşə ciddi hazırlaşdıqlarını vurğulayıb: "İlk oyunda ola bilər ki, istədiyimiz performansda olmayaq. Həm texniki, həm də fiziki cəhətdən çatışmazlıqlarımız ola bilər. Buna baxmayaraq. oyuna çox ciddi yanaşırıq. İnanıram ki, futbolçularımız "Linkoln"la oyunda öz optimal formalarına yaxın olacaqlar. Futbolçularıma təşəkkür edirəm. Bütün məşqlərdə çox məsuliyyətlidirlər. Əsas məni qane edən budur. Qarşıdakı günlərdə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq".
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi