Millimizin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya ilə oyun öncəsi fikirlərini açıqlayıb.Qol.az-ın məlumatına görə, 53 yaşlı təcrübəli mütəxəssis martın 21-də Zaqrebdə baş tutacaq qarşılaşmadan çəkinmədiyini deyib.
O, Xorvatiya mətbuatına müsahibəsində “Maksimir”də sürpriz nəticəyə imza ata biləcəklərini də gizlətməyib.
- Xorvatiya ilə matçın hazırlığına başlamısız. Toplanış necə keçir?
-
Biz təlim-məşq toplanışına yığışıb, seçmə mərhələnin hazırlığını davam etdiririk. Lakin hələ bir neçə oyunçu düşərgəmizə qoşulmayıb. Onlar da ölkə xaricində çıxış edən legionerlərdir. Heyətə çağırdığım futbolçuların heç birinin zədə ilə bağlı problemi yoxdur. Topaz Premyer Liqasının hesabat turunda alınan 1-2 xırda zədə var ki, onları ciddi hesab etmək olmaz. Təlim-məşq toplanışı çox əla səviyyədə təşkil edilib. Əla süni örtüklü meydanda hazırlıq keçirik. Komanda üçün ideal şərait yaradılıb.
- Qarşıdakı oyun öncəsi 2 komandanı – Xorvatiya və Azərbaycanı müqayisə etsəz, hansı fərqlər görünür?
- Əlbəttə, fərq nəzərə çarpandır. Xorvatiya tam başqa aləmdir. Buna baxmayaraq, bizim yaxşı oyunçularımız var və spesifik futbol sərgiləyirik. Bəzən kağız üzərində autsayder olan komanda güclü rəqib üzərində sürpriz nəticə qazanır, ya da yaxşı müqavimət göstərməsi ilə seçilir. Biz də “Maksimir”də bunu etməyə çalışacağıq. Görək bizdən gözlənilənləri nə dərəcədə yerinə yetirəcəyik.
- Belə çıxır ki, siz Zaqrebə Xorvatiyanı şoka salmaq üçün gəlirsiz? Axı, hamımız komandamızdan qələbə gözləyirik...
- Rəqibə yuxarıdan-aşağı və ya həddən artıq güclü saymaq normal deyil. Biz bu oyunda təslim olmaq istəmirik. Əksinə, düzgün oyun göstərib, nəsə etməyə çalışacağıq. Təbii ki, bizim elə yüksək reytinqimiz yoxdur. Amma nəyəsə ümid etməyə haqqımız var. Çalışacağıq ki, qrupumuzun favoritini təəccübləndirək. Xorvatiya millisinə Azərbaycanda hörmətlə yanaşırlar. Bakıdakı hər addımımda da bunu hiss edirəm.
- Bu ölkədə neçə ildir “Qarabağ” hegemonluq edir...
- Son illərdə ilk dəfədir ki, çempionluq üçün bu komanda ilə yanaşı, “Neftçi” də mübarizə aparır. Lakin hər 2 komanda çox sayda legionerlər var ki, onlar da klubda vacib rol oynayırlar. “Qarabağ” avrokuboklarda bir neçə dəfə qrupa düşüb, hətta bəzən favoritlərlə gözlənilməz nəticələrə də imza atıb.
- Azərbaycan KİV-i Ramil Şeydayev, Rüfət Dadaşov, Eddi İsrafilov və Dmitri Nazarovu fərqləndirir. Siz onlar barədə nə düşünürsüz?
- Şeydayev Rusiya Premyer Liqasında oynayan futbolçudur. Biz onu səbirsizliklə gözləyirik. Ramil yaxşı ustalıq keyfiyyətlərinə malikdir. Biz ona inanırıq. O, əsas ümidlərimizdən biridir.
- Bizə elə gəlir ki, siz oyunun böyük hissəsini müdafiə olunmaq üçün Xorvatiyaya gəlirsiz.
- 90 dəqiqə ancaq müdafiə olunacağımızı gözləmək çətindir. Əlbəttə, çalışacağıq ki, öz hücumlarımızla rəqibə təhlükə yaradaq. Hər bir imkan yarandıqda, buna cəhd edəcəyik. Biz Xorvatiya millisinə həqiqətən böyük hörmətlə yanaşırıq. Onlar haqda hər şeyi bilirik. Lakin müəyyən ümidlərimiz var. Bu 2 yığmanın start mövqeləri bəllidir. Xorvatiya aşkar favoritdir. Amma həmişə ümid yeri var. Mən də nikbinəm. Hesab edirəm ki, yaxşı oyun göstərəcəyik. Bunun hansı nəticə üçün kifayət edəcəyini isə qarşılaşma göstərəcək.
Tərcümə: ona.az
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu