"Baş məşqçinin mesajına cavab yazmaram" - Ansi Aqolli

"Baş məşqçinin mesajına cavab yazmaram" - Ansi Aqolli
MÜSAHİBƏ 22 Fevral 2019 / 11:06 3717
-  A +

"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, Ağdam klubundakı vəziyyətindən danışan təcrübəli futbolçu Albaniya millisinin baş məşqçisi Kristian Panuççi ilə münasibətlərinə də toxunub.

- Söhbətə qış təlim-məşq toplanışından başlayaq. Hazırlıq necə keçdi?

- Hər il olduğu kimi qış toplanışını yenə Antalyada keçirdik. Hər şey yaxşı alındı və biz mövsümün ikinci yarısına daha qətiyyətli başlamışıq. Fasilədən sonra ilk oyunda çempionluq uğrunda yarışdığımız "Neftçi" ilə qarşılaşdıq. 3 turdan sonra 2 qələbə qazanmışıq.

- Hazırlıq prosesini özünüz üçün necə dəyərləndirirsiniz?

- Şadam ki, həm hazırlıq prosesi mənim üçün yaxşı keçdi, həm də ilə uğurlu start verdim. Zəruri yüklənmə olsa da, heç bir zədə almadım.

- Bu mövsüm üçün qarşınıza hansı şəxsi hədəflər qoymusunuz?

- Onların hamısı komanda ilə bağlıdır. Şübhəsiz, çempionat və kubokda qalib olmaq əsas hədəfimizdir. Uzun illər Azərbaycan futbolunda hegemonluq emişik. Bu mövsüm çempionatda güclü rəqabət var. Hazırda "Neftçi"dən 1 xal geri qalırıq. İstənilən halda, asan olmasa belə, mövsümün sonunda hədəfimizə çamağa çalışacağıq. Şəxsən mən bu il əvvəlkinə nisbətən daha yaxşı çıxış etmək, bununla da komandama maksimum dərəcədə kömək etmək istəyirəm.

- Əvvəlki illərlə müqayisədə bu mövsüm daha az oynayırsınız. Bu, nə ilə bağlıdır?

- Baxın, mövsümün əvvəlində baş məşqçi ilə görüşüm oldu. Həmin vaxt mənə oyunların hamısında oynamayacağımı bildirdi. Çempionat, kubok və avrokubokda yarışdığımızdan, təqvimin sıxlığını nəzərə alaraq, 36 yaşlı oyunçunun təxminən 4-5 ayda 30 matçda iştirakının mümkün olmadığını başa düşmək lazımdır. Yəni, hər şey planlı şəkildə oldu. Uzun illərdir Qurban Qurbanovla çalışıram və o, mənim futbolçu kimi böyüməyimə birbaşa təsir edib. Ona görə də baş məşqçinin qərarına hər zaman hörmətlə yanaşmışam.

- Milli komandada qalsaydınız, daha çox nəyə nail olmaq istərdiniz?

- Milli komanda istənilən futbolçu üçün qürur mənbəyidir. Ancaq milli komanda ilə bağlı artıq heç bir hədəfim qalmayıb. Çünki bir albaniyalı futbolçunun yığma ilə qazana biləcəyi maksimum uğura nail olmuşam. Avropa çempionatının final mərhələsi isə tortun üzərindəki albalı kimi idi.

- Təsəvvür edin ki, telefonunuza yığmanın baş məşqçisi Kristian Panuççidən mesaj gəlir: "Ansi, hazırlaş". Ona nə cavab verərdiniz?

- Mən belə bir şey gözləmirəm. Əgər olsa belə, heç vaxt getmərəm. Yaxud da ona hər hansı cavab yazmaram.

- Tez-tez "Tirana"ya olan sevginizdən danışırsınız. Futbolla məhz bu komandada vidalaşa bilərsiniz?

- "Tirana" mənim qəlbimdədir və hər zaman da belə olacaq. Futbol elədir ki, nəyin necə olacağını əvvəlcədən bilmək mümkün deyil. "Tirana"da mümkün olan hər şeyi qazanmışam. Ona görə də bu komandaya qayıtmaq üçün alışıb-yanmıram.

- Uzun müddət Albaniyadan kənarda, ailənizdən uzaqda yaşamısınız. Əvvəllər daha çətin idi, yoxsa indi?

- İlk iki il çox çətin keçdi. Albaniyadan kənarda öz həyatını qurmaq, oranın mentalitetinə, yeməklərinə, dilinə, məşq rejiminə və bir çox digər şeylərə uyğunlaşmaq elə də asan olmadı. Ancaq artıq uzun müddətdir ki, ailəm Bakıda mənim yanımdadır. Ona görə də bütün çətinliklər arxada qaldı.

Daha çox


Son xəbərlər