“Neftçi”nin hücumçusu Baqali Dabo Topaz Premyer Liqanın 13-cü turunda “Sabah”a qalib gəldikləri oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, fransalı forvard əvvəlcə qələbədən danışıb.
- Yaxşı qələbə oldu, komanda meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda döyüşməyə hazır idi və bunu edirdi. Çox vacib qələbə oldu.
- Gözünün birinə qan gəlib. Matç zamanı baş verib, yoxsa qarşılaşmadan əvvəl belə idi?
- Bu oyunda baş vermədi. Bundan əvvəlki turda olub. Yaxşılığa dorğu gedir.
- Qırmızı vərəqə aldığın epizoda etiraz edirdin. O epizodda hakimi aldatmağa cəhd etmişdin, yoxsa həqiqətən də sənə müdaxilə olmuşdu?
- Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Ancaq 100 faiz əminliklə deyə bilərəm ki, orada simuliyasiyadan söhbət gedə bilməz. İlk sarı vərəqəni alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir.
- Bunu hiss edirdinsə, niyə baş məşqçiyə demədin ki, səni əvəzləsin?
- Elə davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orada simuliyasiya etmədim. Qərar doğru deyildi.
- Qırmızı vərəqə aldıqdan sonra gah su içdin, gah da hakimi ironiya ilə alqışladın və meydanı tərk etmək istəmədin. Səhv hərəkət etdiyini düşünmürsən?
- Deməzdim ki, səhv etmişəm, bunu bilərəkdən etdim. Azarkeşlərimizi də salamladım. Onlara dəstək üçün təşəkkür elədim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə desən edə bilərdim. Onsuz da qovulmuşdum.
- Final fitindən sonra olduqca çılğın şəkildə meydana qaçıb qələbəni qeyd etdin. Bu, hakimin qərarlarına görə idi?
- Çox yaxşı oynamışdıq. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxamayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur. Bizim üçün heç də asan olmadı. Qalib gəlmək üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidilər.
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu