"Qarabağ"a gəldiyimə peşman deyiləm" - Halldorsson

"Qarabağ"a gəldiyimə peşman deyiləm" - Halldorsson
MÜSAHİBƏ 3 Noyabr 2018 / 22:12 3984
-  A +

"Qarabağ”ın qapıçısı Hannes Halldorsson Topaz Premyer Liqasının 10-cu turunda Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, ilk olaraq matç haqda fikirlərini bildirib:

- Sanballı, yaxşı oyun göstərdik. Baxmayaraq ki, rəqib bizi daim gərginlikdə saxlayırdı. Ancaq topa nəzarət etməyə çalışdıq. Diqqətimiz oyundan yayınmadı və iki yaxşı qol vurduq. Rəqib qapıçı da bu gün yüksək səviyyədə çıxış etdi. Yaxşı qurtarışlar etdi.

- Dünya çempionatında Messinin penaltisini qaytarmaqla diqqət çəkdiniz, ardınca “Qarabağ”a transfer oldunuz. Ancaq burda heyətə düşməkdə çətinlik çəkirsiniz. Bir müddət əvvəl isə avtomobil qəzasına düşmüsünüz. Azərbaycana gəldiyinizə görə peşman deyilsiniz?

- Yenidən seçim imkanım olsaydı, yenə “Qarabağ”a gələrdim. Peşmanlıqdan söhbət gedə bilməz. Son həftələrdə oynamamağım məyusluğa səbəb ola bilər, amma məşqlərdə çox çalışdım və bu gün start heyətdə yer aldım. Qələbə qazandığımıza görə xoşbəxtəm.

- Qarşıdan “Vorskla” ilə oyun gəlir...

- Qələbə istəyi ilə gedirik. Düşünürəm ki, orda daha yaxşı oyun göstərə bilərik. Buna fokuslanmışıq. Səfərdə 3 xal qazana biləcək gücdəyik.

Daha çox


Son xəbərlər