"Neftçi"nin sabiq vitse-prezidenti, keçmiş FİFA referisi Tahir Süleymanov Qol.az-a müsahibə verib.
- Topaz Premyer Liqasının 9-cu turu çempionluğa 2 əsas namizəd - "Neftçi" və "Qarabağ"ın dueli ilə yadda qaldı. Sabiq klubunuzun 3:1 hesablı qələbəsi sizə necə təsir etdi?
- "Neftçi" ilk olaraq "Qarabağ" üzərində taktiki, psixoloji olaraq qalib gəldi. Bordin flaqmana xas olmayan oyun sisteminə üstünlük verir. Əgər bizim dönəmimizdə rəqib "Neftçi"ni necə saxlamaq haqqında düşünürdüsə, indi italyan ayrı-ayrılıqda rəqiblərə uyğun oyun qurur. "Neftçi"nin müdafiə futbolu oynaması fikiri də tam doğru deyil. Çempionatda ən çox qol vuran komanda olduğu buna sübutdur. İtalyan futboluna xas olan praqmatik, intizamlı oyunla taktiki gedişlərə üstünlük verilir. "Neftçi"nin tarixi, ənənəvi oyun üslubuna yad olan sistem olsa da, bu gün hələ ki, effektlidir. "Neftçi" üzərində qələbə qazanmaq üçün ilk olaraq Bordinin beynini "oxumaq" lazımdır.
- "Neftçi" hazırda 22 xalla ilk pillədədir. Sizcə, komandanın bu mövsümdəki uğurlu çıxışı rəhbərliyin apardığı siyasətin nəticəsidir, yoxsa futbolçuların əziyyətinin, əzmkarlığının?
- Hər zaman vurğulayıram. Klub-komanda anlayışı Azərbaycan futbolunda tam formalaşmayıb. Ümumi, işlək, vahid sistem yaradılmadan, olmadan uğurun qazanılması mümkünsüzdür. Rəhbərlik, məşqçi, futbolçu, azarkeş birliyi nəticələri təmin edir. Ardıcıllıqda hansısa qol qırılsa, nəticələrdə dərhal özünü göstərir. Əsas uğurlu sistemin fəaliyyətidir. Fikir verin, kapitan Ruslan Abuşov uzun müddətdir zədəlidir, sıradan çıxıb, "Neftçi" isə 6 xallıq fərqlə ilk sıradadır. İstər meydanda, istərsə klubda əsas olan möhkəm sistemin olmasıdır. Belədə çatışmazlıqları da aradan qaldırmaq asanlaşır. "Neftçi" elə bir klubdur ki, mütləq diqqət mərkəzindədir. Arxayınlaşmaq olmaz. Komanda oyun planında çox artırmalıdır. Ancaq ikinci planda çıxış etməklə Avropa hədəflərinə çatmaq çətin olar.
- "Qarabağ" son vaxtlar bir qədər inamsız çıxış edir. Ağdam klubu "Səbail"lə oyundakı məlum hadisədən sonra Avropa Liqasında "Vorskla"ya, çempionatda isə "Neftçi"yə uduzdu. Bunun səbəbini nədə görürsünüz?
- "Qarabağ"ın inamsız çıxış etdiyini düşünmürəm. Daxili çempionatda istənilən rəqiblə oyunda birinci rolda çıxış edir. Milli, Avroliqa, çempionat oyunlarındakı sıx qrafiki, heyətdə aparılan rotasiyanı nəzərə alsaq, komandanın lider potensialının itmədiyi açıq görünür. Fiziki, psixoloji yorğunluq indiki məqamda özünü göstərir. "Neftçi"dən 6 xal geridə olması da əlavə yük yaradır. Millətlər Liqası, Avroliqa oyunları bitənə kimi "Qarabağ" meydanda hərtərəfli çətinlik çəkəcək. Nə qədər çətin olsa da, sabitliyi qorumağı bacarmalıdırlar.
- Sizcə, komanda bu vəziyyətdən necə çıxmalıdır?
- Qeyd etdiyim kimi, fasiləsiləyə kimi xal fərqini azalda bilsələr, istirahətdən, qış təlim-toplanışından sonra toparlanacaqlar. Təcrübələrinin yetərincə olması, çempionatda rəqabətin zəifliyini nəzərə alsaq, bunu etmək çətin olmamalıdır.
- Bu gün "Keşlə"yə yeni baş məşqçi təyinatı gerçəkləşdi. Mladen Milinkoviçin istefasından sonra komandanın sükanı arxasına Tərlan Əhmədov gətirildi. Bu, son 3-4 ayda paytaxt klubunda artıq 3-cü baş məşqçi dəyişikliyidir. Mövsümün gedişində bu cür dəyişikliklər nə dərəcədə normaldır və ya düzgündür?
- Belə halların baş verməsi, komandanın autsayder rolunda olması klubda kadr siyasətində buraxılan yanlışlıqların nəticəsidir. Rəhbərlik vəziyyətdən çıxmağa çalışır. Əcnəbi məşqçilər, çoxsaylı legionerlərlə belə durum yolverilməzdir. Azərbaycan mütəxəssislərinin acı taleyidir. Son anda, bataqlıqda olanda yada düşürlər. Azərbaycanda klub idarəçiliyi, məşqçilikdə bacarıqlılarımız yox deyil. Onlara güvənmək lazımdır. Son 10-15 ildə Azərbaycan futbolunun bəlalarından biri də əcnəbi "sevgi"sidir. Tarixi uğurları qazananlar özümüzünkülər, güvənilənlər əcnəbilərdir. Çətin bir iş yoxdur, vəziyyəti yaxşılaşdırmaq lazımdır.
- Premyer Liqanın son turunda keçirilən "Sumqayıt" - "Qəbələ" oyununda Orxan Məmmədovun idarəçiliyi xeyli müzakirə olundu. Bundan əlavə, Səbuhi Səfiyarlının referi ilə bağlı saytımıza verdiyi müsahibə də geniş əks-sadə doğurdu. Sizcə, bir hakimin klub rəsmisinə o cür mesaj yazması, oyundan sonra isə efirə qoşulub, "Əgər bizə məşq üçün şərait yaratmırlarsa, onda sarı vərəqə göstərməməyi də xahiş etməsinlər" deməsi nə dərəcədə düzgündür?
- Artıq İntizam Komitəsi qərarları açıqlayıb. Son günlər mətbuatda bu mövzu geniş müzakirə olundu. "Qəbələ" tərəfinin açıqlamaları, medianın, jurnalistlərin məsələyə obyektiv münasibətilə yanaşı, "Futbol saatı" verilişində də fikirlərimi geniş şəkildə bildirmişəm. Haqlı fikirlər, ictimai nəzarət dərhal öz müsbət effektini verdi. Avstriyalının bu günkü açıqlaması da buna sübutdur. Xaos durum yaranıb. Tam əminlikə bildirirəm, məsələlər geniş müzakirəyə çıxarılmasaydı, heç bir ciddi addımlar atılmayacaqdı. Məsuliyyətsizlik, cəzasızlıq, tərəfkeşlik, sistemsizlik ölkə futbolunu iflic duruma salıb. Hakimlər artıq azarkeşsiz, rəqabətsiz, təzyiqsiz "Bakı birinciliyi"ni də idarə edə bilmirlər.
- Son olaraq, U-17 yığmamızın Avropa çempionatının seçmə mərhələsindəki çıxışı barədə fikirlərinizi bilmək istərdim. Əsas millinin gələcəyi hesab olunan bir komandanın qrup mərhələsini qələbəsiz başa vurması nə deməkdir?
- Bu durum tək U-17-ə aid deyil. Əgər uşaq futbolunda yerli komandalar(!) 10-12 yaşlı uşaqların yetərsayını təmin edə bilməyib texniki məğlubiyyətlər alırlarsa, bunun adı faciədir. 140 min futbolçunu kağız üzərində deyil, meydanlarda təmin etmək lazımdır. Millinin baş məşqçisinin seçimi 40 yerli futbolçu arasından deyil, yığmalara seçim həqiqi 100 min futbolçu arasından olmalıdır.
Elnur SALAHOV
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu