Cüneyt Biçer: «Bu, «Bakı»nın yox, «Qarabağ»ın problemidir»

Cüneyt Biçer: «Bu, «Bakı»nın yox, «Qarabağ»ın problemidir»
MÜSAHİBƏ 13 Aprel 2010 / 20:32 3466
-  A +

Qol.Az-ın sualarını «Bakı»nın baş məşqçisi Cüneyt Biçer cavablandırır

- Cüneyt bəy, son turda «Xəzər Lənkəran» kimi bir komanda üzərində mühüm qələbə qazandınız. Bundan sonra komandanızın bir çox futbolçusu «Bakı»nın çempion olacağını iddia edir.
- Bunu konkret olaraq hansı futbolçunun söylədiyini bilmirəm. Hesab edirəm ki, bir matçı əsas götürərək belə bir iddialar irəli sürmək o qədər də düzgün olmaz. Futbolçularımızın hər biri öz vəzifəsini gözəl bilir və onlar yalnız bu hədəfə köklənib. Çünki komanadamızın qarşısına hələ mövsümün əvvəlində çempionluq vəzifəsi qoyulub. Həm kubokda, həm də çempionatda yolumuza davam edirik. Yəni bu hədəfimizə çatmaq üçün hələ ki, şanslarımız var. Sona qədər bu şanslardan faydalancağıq. Ümidvaram ki, sonda hədəflərimizə çatan tərəf olarıq. 
- Sizi qarşıdan «Qarabağ»la çətin səfər oyunu gözləyir. Adıçəkilən klub Quzanlı qəsəbə stadionunda heç bir komandaya məğlub olmur. Sizcə, «Qarabağ»ın Quzanlıdakı bu məğlubiyyətsizlik seriyasını qıra biləcəksinizmi?
- Düzdür, bu komanda döğma meydanda gözəl oyun nümayəş etdirərək, heç bir komandaya uduzmayıb. Amma biz Quzanlıya, sadəcə, qələbə üçün gedəcəyik. Hesab edirəm ki, bu matç ən azı «Xəzər Lənkəran» oyunu kimi çətin olacaq. Bununla yanaşı, həmin oyunun son dərəcə maraqlı və yaxşı keçəcəyini düşünürəm. Çünki hər iki komanda yaxşı kollektivə malikdir. İnanıram ki, bu gözəl matçın sonunda gülən tərəf biz olacağıq. Həmçinin uğurlu nəticə qazanmaqla «Qarabağ»ın Quzanlıda məğlubiyyətsizlik seriyasını qırmaq istəyirik.
- Rəqib komandanın bir çox futbolçusu millinin heyətinə cəlb edilb. Bununla yanaşı, zədəli oyunçular da var. Bu amil «Qarabağ»la oyunda sizə hansısa üstünlüklər verəcəkmi?
- Bu, bizim yox, «Qarabağ»ın problemidir. Belə bir məsələ bizi maraqlandırmaz. «Qarabağ»da kimin oynayıb-oynamaması da bizimçün maraqlı deyil. Biz sadəcə meydanda qələbə üçün mübarizə aparacağıq.
- Bu günlərdə «Bakı»nın keçmiş baş məşqçisi Bülənt Qorxmaz saytımıza müsahibəsində «elə bir komanda formalaşdırmışam ki, istənilən məşqçi onu çempion edə bilər» fikrini səsləndirib. Buna münasibətiniz necədir?
- Bülənt Qorxmazın dedikləri məni maraqlandırmır və ona şərh vermək istəmirəm.
- Əgər «Bakı»ya çempionluq və ya kubok qazandıra bilsəniz, komandada qalacaqsınızmı? Bu barədə rəhbərliyin sizə hansısa vədi olubmu?
- Mən daha öncə «Bakı»nın aşağı yaş qrupları üzrə komandasında çalışmşam. Hazırda da bu işlə maraqlanıram. Bu vəzifədə qalıb-qalmayacağım isə rəhbərliyin səlahiyyətindədir. Mən, sadəcə, öz işimi görürəm. Əgər klub rəhbərliyi belə bir təklif verərsə, təbii ki, onu dəyərləndirərəm. 

 

Daha çox


Son xəbərlər