"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Qol.az saytına müsahibəsi
- Komandanızın başa çatmaqda olan 2016-cı ildəki çıxışından razı qaldınızmı?
- Qarşımıza müəyyən məqsədlər qoymuşduq. Onların çoxunu əldə edə bildik. Sadəcə, Avroliqada qrupdan çıxmaq bizə nəsib olmadı. Ancaq qalan digər istəklərimizə çatdıq. Buna görə də futbolçulara təşəkkür etmək lazımdır.
- Yəqin gözləntiləri doğrultmayan futbolçular da oldu.
- Çox yox, bir-iki futbolçu oldu. Bəzi futbolçular tam performanısını göstərə bilmədi. Bəzi nöqsanları oldu. Ancaq ümumən futbolçulardan daha çox razı qaldım, nəinki narazı.
- Reynaldonun oyunu sizi nə dərəcədə qane etdi? Onun ünvanına tənqidlər var idi.
- Ad açıqlamaq istəmirəm, ancaq bəzi oyunçular oldu ki, onlardan daha artığını gözləyirdim. Zədələr də onlara mane oldu. Düzdür, Reynaldodan daha yaxşı oyun gözləyirdik. Ancaq zədələnməsi və bəzi təbii nüanslar onun tam yaxşı oynamasına mane oldu.
- Yeri gəlmişkən, son günlər mətbuatda Reynaldonun başqa klublardan təklif aldığı ilə bağlı xəbərlər yayılıb. "Qarabağ" Reynaldonu göndərməyə hazırdır?
- Biz heç vaxt hər hansı bir futbolçumuzun başqa kluba keçməsinə mane olmamışıq. Reynaldo ilə təkcə bu il yox, hər il danışıq aparan klublar olur. Biz ən azından bəzi futbol ölkələri, bəzi klublarla iş birliyimizi möhkəmləndirmək üçün Reynaldo ilə bağlı danışıq aparmağa hazırıq.
- Konkret olaraq Reynaldonu "Qarabağ"dan istəyiblər?
- Onunla bağlı hələlik heç bir klub bizimlə danışıq aparmır.
- Digər braziliyalı futbolçunuz Almeydanın da "Qarabağ"ı tərk edəcəyi ilə bağlı İtaliya mətbuatı xəbər yaymışdı. Almeydanın meneceri onun qışda İtaliya klublarından birinə keçəcəyini istisna etməmişdi.
- Almeydaya təklifin gəlməsi ilə bağlı məndə hər hansı bir məlumat yoxdur. Ona hər hansı bir təklif gələndə hörmət əlaməti olaraq ilk növbədə mənə deyir.
- Elşən Abdullayevin transferi necə baş verdi? Bildiyimizə görə, əvvəllər də "Qarabağ" bu futbolçu ilə maraqlanıb.
- Düzdür, iki il bundan əvvəl də biz Elşəni transfer etmək istəyirdik. Amma o vaxt alınmadı. İndi isə öyrəndik ki, "Neftçi" ilə müqaviləsi bitib və azad agent statusuna malikdir. Biz də bir günün içində futbolçu ilə razılaşdıq və müqavilə bağladıq.
- "Qarabağ"ın ən güclü xətti yarımmüdafiədir. Buna görə də yarımmüdafiəçi olan Elşən Abdullayevin "Qarabağ"da rəqabətə tab gətirəcəyi sual doğurur. Bu transfer futbolçunun perspektivli olmasına görə edilib?
- Düzdür, Elşən perspektiv vəd edən futbolçudur. Ümumiyyətlə, hər bir oyunçunun inkişaf etməsi üçün onun ətrafında daha yaxşı futbolçular olmalıdır. Bundan əlavə Elşən zədə səbəbindən bir neçə ay oynamadı. Xroniki zədələri var idi. Bunu tam şəkildə bərpa etməsi lazımdır. Həkimlərlə danışmışam. Məncə, problem olmayacaq. Rəqabət aparmaq üçün futbolçunun özündən də çox şey asılıdır.
- Yeni transferlər gözlənilir?
- Açığı, gözlənilir deyə bilmərəm. Çünki real bir fakt yoxdur ki, deyək mütləq olacaq. Ancaq çox istəyirik ki, yeni futbolçular alaq. Hansı ki, onlarla maraqlanırıq. Amma konkret bir qərar yoxdur. Daha çox xarici klublarda çıxış edən futbolçularla maraqlanırıq.
- Yaxın gələcəkdə "Qarabağ"ın yetirməsi olan yeni futbolçular görə bilərik? Yəqin aşağı yaş qrupları üzrə komandalarla maraqlanırsınız.
- Bəli, son vaxtlar bu işə daha çox diqqət ayırmışıq. Yaxşı komandalarımız var. Bu gün 17 və 19 yaşadək futbolçuardan ibarət komandalarımız pis nəticə göstərmirlər. Qarşıdakı bir neçə ildə aşağı yaş qruplarından bəzi futbolçuları komandaya cəlb edə bilərik. Onların sayını hələlik deyə bilmərəm. Perspektivli futbolçularımız var.
- İcarədə olan futbolçularınızdan geri qayıdanı olacaq?
- Yox, belə bir fikrimiz yoxdu.
- Namiq Ələsgərovun göndərilməsinin səbəbi nədir?
- Namiqin bizimlə müqaviləsinin bitməsinə hələ 6 ay vardı. O, milli komandamızın ən perspektivli futbolçularından biridir. Sadəcə, bizdə oynamaq şansı az olurdu. Biz tək özümüzü yox, futbolçunu da düşünürük. Namiqin qarşısını kəsmək düz olmazdı. Onun daim oynaması çox vacibdir. "Neftçi" rəhbərliyi ilə yaxşı münasibətlərimiz var. Onlar Namiqlə bağlı bizə təklif göndərdi. Biz də futbolşunun gələcək karyerasını düşünərək, razılığa gəldik.
- "Qarabağ"ın Antalyada təlim məşq toplanışda yoxlama oyunu keçirəcəyi rəqiblər bəllidir: “Aşqabad”, “Styaua”, “Atırau”, “Termalitse”. Bu rəqiblər komandanız üçün nə dərəcədə uyğundur?
- Bu gün Antalyada rəqib tapmaq çətindir. Son vaxtlar Türkiyədə baş verənlərə görə Antalyaya gedəcək komandaların sayı azalıb. Düşünürəm ki, hamısı bizə uyğun rəqibdir. Hərəsi öz çempionatlarının 3-4 yaxşı komandadan biridir. Bəlkə də 4-5 gün gözləsəydik, başqa rəqiblər də tapmaq olardı. Ancaq istədik ki, işimizi proqramlaşdıraq və hər hansı bir dəyişiklik olmasın. Hər halda bu rəqiblərlə oyunlar da bizə faydalı olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
Hidayət Heydərov yarımfinalda - Avropa çempionatı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu