"Qarabağ"ın futbolçusu Vüqar Nadirovun Qol.az saytına müsahibəsi
- Vüqar, xeyli müddətdir səni meydanda görmürük.
- Əvəzedici komandanın oyununda zədələnmişdim. Ayaq əzələmdə yırtıq var idi. Getdikcə zədəmi bərpa edirəm. Həkimlər 4 həftə oynaya bilməyəcəyimi demişdi. Həmin vaxtdan təxminən 3 həftə keçib. Bugündən qaçmağa başlamışam. Hələ ki, komanda ilə məşq etmirəm. Komanda "Qəbələ" ilə sabahkı oyuna hazırlaşır. Mən isə həkimlərin nəzarəti altında fərdi məşq edirəm.
- "Slovan"a acı məğlubiyyətdən sonra “Qarabağ”da ab-hava necədir? "Qəbələ" ilə oyuna köklənmək çətin deyil?
- Hər şey yaxşıdır. "Slovan"la oyun arxada qaldı. Düzdür, bu məğlubiyyət hamıya təsir edir. Təbii ki, o cür şansı əldən vermək üzücüdür. Hamı kimi biz futbolçulara da pis təsir edir. Ancaq başa düşürük ki, futbolda həmişə qalib gəlmək mümkün deyil.
- Təcrübəli futbolçu kimi komandanızın Çexiyadakı zəif çıxışını nə ilə əlaqələndirə bilərsən?
- Komandamızın zəif çıxış etdiyini demək olmaz. Qol imkanlarımız var idi. Muarem bir epizodda qola çox yaxın oldu. Sadəcə, bəzən top qapıya girmir. Eybi yoxdur, şanzımız qalır. Qarşıda "Fiorentina" ilə oyun var.
- Demək olar ki, ötənilki mənzərə təkrarlanır: qrupun son oyunudur, rəqib İtaliya klubudur və "Qarabağ"ın şansı öz əlindədir.
- Bəli, demək olar ki, eyni ssenaridir. Bu dəfə İtaliya sindromunu qırarıq.
- Çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Maraqlıdır ki, komandaların hər biri qrupdan çıxa da bilər, çıxmaya da. Oynadığım dövrdə heç vaxt belə şey görməmişdim. Ciddi hazırlaşsaq, istədiyimiz nəticəni qazana bilərik. Ancaq biz indi o oyunu düşünmürük. Əsas diqqətlər "Qəbələ" ilə sabahkı görüşə yönəlib.
- Bu oyun haqda nə düşünürsən?
- "Qəbələ" hazırda çox yaxşı formadadır. Avropa Liqasının qrup mərhələsində oynayırlar. Biz də həmçinin. Ona görə də maraqlı oyun olacağını demək olar. Artıq "Qəbələ"nin nəyə qadir olduğunu bilirik. Komandamız çox ciddi hazırlaşır. Hər iki komandanın xalı eynidir. Bizi ancaq qələbə qane edir. Təbii ki, hələ turlar qarşıdadır, ancaq bu oyunda qalib gəlməyimiz vacibdir. Çempionluğa iddialı iki komandanın qarşılaşmasıdır. Bu oyundan çox çey asılıdır.
Ramiq AĞAMƏMMƏDOV
"Roma"da qalacaq
Millinin oyunçusu sıradan çıxdı
"Bavariya" "Nyukasl"ın hücumçusuna göz dikdi
"Bütün üstünlüyü rəqibə verdik" - Yevgeni Kukseviç
Azərbaycan millisi Qazaxıstana uduzdu
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - Video
Klub prezidenti azarkeşləri qınadı
Mbappe "Bavariya" ilə matça hazırlaşır
Çempionlar Liqasında ən çox qol vuranlardan oldu
2-ci liqa: “Göygöl”, “Ağdaş” və “Şirvan”dan qələbə
Koxalski Salyanın kəndinə səfər etdi - Video
"Turan Tovuz"un kapitanı üçün 100-cü oyun
Premyer Liqa klubları onu hədəfə aldı