“Karvan-Yevlax”ın yarımmüdafiəçisi Vadim Abdullayevin QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 23-cü turunda “Sumqayıt”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Meydana qələbə üçün çıxmışdıq. Heç də pis oynamadıq. Rəqiblə müqayisədə qol epizodlarımız daha çox idi. Qalib gəlməyi çox istəyirdik. Yekunda 1 xalla kifayətləndik. Sonda məğlubiyyətdən qaçdığımızı nəzərə alsaq, 1 xalı qənaətbəxş nəticə saymaq olar. Xarakter göstərdik. Bu da gələcək oyunlarda bizə çox faydalı olacaq.
- Ötən tur da heç-heçə ilə kifayətlənmişdiniz, bu dəfə də. Qələbə qazanmağınıza nə mane olur?
- Məncə, çatışmazlıq qol epizodlarını dəyərləndirə bilməməyimizdir. Qol fürsətləri yaradırıq, lakin onları reallaşdırmaq, qola çevirmək mümkün olmur. Bizim kimi komandaların oyun ərzində çox qol epizodları olmur. Ona görə də ələ düşən fürsətləri mütləq dəyərləndirmək lazımdır.
- Görünən odur ki, futbolçular, baş məşqçi əlindən gələni edir, lakin sanki nəsə çatışmır. Bəlkə psixoloji baxımdan çətinlik var?
- Turnir cədvəlində mövqeyimiz ürəkaçan deyil. Bu da istər-istəməz özünü göstərir. Amma komanda olaraq bu vəziyyətdən çıxmaq istəyirik. Bunun üçün əlimizdən gələni də edirik. Ən azı adımızı, imicimizi qorumaq üçün vəziyyətimizi dəyişməliyik.
- Bəlkə hansısa futbolçular artıq Premyer Liqa ilə vidalaşmağı qəbullanıblar və bu da kollektivə mənfi təsir göstərir?
- Düşünmürəm. Bu vəziyyətə komanda olaraq düşmüşüksə, komanda olaraq da çıxmalıyıq. İndi yalnız hər növbəti matçı düşünməliyik. Hər oyunun hökmü var. Düzdür, indi vəziyyət bizim üçün ürəkaçan deyil. Biz bunu dərk edirik. Lakin dediyim kimi, peşəkar futbolçularıq və maksimum əlimizdən gələni etməliyik.
- Füzuli Məmmədovun baş məşqçi təyinatından sonra komandada nələr dəyişib?
- Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub. İndi daha mübarizik. Təbii ki, bunda da Füzuli müəllimin özünün xarakterli olmasının təsiri var. O, çox istəkli, əzmkar məşqçidir. Bu da biz futbolçulara müsbət mənada təsirini göstərir. İndi daha çox əzmkar, daha çox kompakt oynayırıq.
- Qarşıda sizi “Araz-Naxçıvan”, “Zirə” və “Qarabağ”la oyunlar gözləyir...
- Bizə bundan sonra maksimum dərəcədə xallar lazımdır. Hər matça da qələbə, xal qazanmaq üçün çıxacağıq. Rəqibin kimliyi fərq etmir. Əlimizdən gələni edəcəyik ki, bu matçlarda da xallar qazanaq. İnanırıq ki, çətin də olsa, hədəfimizə çatacağıq.
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü
Cəlal oynadı, komandası qalib gəldi
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”