Argentinada əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı yeni məhkəmə prosesi başlayıb.
QOL.az "Reuters"ə istinadən xəbər verir ki, iş üzrə futbolçunu əməliyyat edən tibbi heyətinin yeddi üzvü ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında, beyin əməliyyatından sonra bərpa dövründə olarkən ürək tutmasından vəfat edib.
Məhkəmə zamanı təxminən 100-ə yaxın şahidin ifadəsi dinləniləcək. Araşdırma futbolçunun ölümünə səbəb ola biləcək tibbi səhlənkarlıq iddiaları ətrafında aparılır.
Tibbi heyət isə bütün ittihamları rədd edir. Müdafiə tərəfi futbolçunun uzun illər davam edən sağlamlıq problemlərinə görə ölümünün qaçılmaz olduğunu iddia edir.
Xatırladaq ki, səhlənkarlıq ittihamları 2021-ci ildə aparılan tibbi komissiya araşdırmasından sonra irəli sürülüb. Komissiya tibbi heyətin “uyğunsuz, qeyri-peşəkar və məsuliyyətsiz” davrandığı qənaətinə gəlib.
Təqsirləndirilən şəxslər günahkar bilinərsə, onları 8 ildən 25 ilədək həbs cəzası gözləyir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu