"Qarabağ" Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la görüş öncəsi daha bir maraqlı addım atıb.
QOL.az xəbər verir ki, klub "Sabah"la matça "Qarabağ" forması ilə stadiona gələcək azarkeşləri pulsuz biletlə təmin edəcəyini açıqlayıb.
Belə ki, Ağdam təmsilçisinin forması ilə stadiona gələcək azarkeşləri biletlərini 16, 17, 18 aprel tarixlərində stadion kassalarından və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" FK Fanşopundan əldə etməlidirlər. Qeyd olunub ki, biletsiz giriş mümkün deyil.
Xatırladaq ki, bu gün "Qarabağ" sözügedən oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona girişin pulsuz olacağını da açıqlayıb. Klub Misli Premyer Liqasının 23-cü turunun "Araz-Naxçıvan"la matçında, həmçinin Azərbaycan kubokunun yarımfinalının "Sabah"la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
Rodri bu oyunu buraxacaq
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi
Okan Buruk “Ştutqart”la matçın planını açıqladı
“Vikinq”in baş məşqçisindən “Sabah” açıqlaması
Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
1-ci liqada həftənin hakimləri məlum oldu
Ölümünə səbəb olduğu futbolçuya görə ağır sarsıntı keçirir
Keyn üçün Çempionlar Liqası “Qızıl top”dan üstündür
“Vest Hem” baş məşqçisini qovdu
Əliyar Ağayev "Selta"nın oyununa təyinat aldı
Elçin Məsiyevə UEFA-dan təyinat
İspaniyadan acı xəbər gəldi
Kerrik: "Dəli olduğumu düşünə bilərsiniz"
AFFA "Qarabağ"ı bir hərfə görə cərimələdi