Aprelin 20-dən 26-dək Albaniyanın Tirana şəhərində güləş üzrə Avropa çempionatı keçiriləcək.
QOL.az xəbər verir ki, bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) təlim-məşq bazasında məsul yarışda iştirak edəcək milli komandalarımızla görüş keçirilib. AGF rəhbərliyinin iştirak etdiyi tədbirdə bütün yarış iştirakçılarına uğurlar arzulanıb. AGF-nin baş katibi Pərvin Piriyev, vitse-prezidentlər Namiq Abdullayev və Fərid Mansurov, eləcə də sərbəst güləş üzrə koordinator Hacı Əliyev çıxış edərək millinin hər bir üzvünə inandıqlarını, görüşün nəticəsindən asılı olmayaraq son nəfəsədək mübarizə aparmağın vacibliyini dilə gətiriblər.
Daha sonra qitə birinciliyində iştirak edəcək heyət açıqlanıb. Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində mübarizə aparacaq. Baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Bəhruz Həzrətipur, Rəsul Cəzini və Sabah Şəriətinin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) çıxış edəcək.
Daha sonra qadın güləşinə keçəcək. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Elnurə Məmmədova (50 kq), Jalə Əliyeva (57 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) ölkəmizi təmsil edəcək.
Yarışın son günlərində isə sərbəst güləş üzrə mübarizə baş tutacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokoyev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.
Avropa çempionatında ədaləti I-S dərəcəli hakimlərimiz – Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qoruyacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu