“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 10-cu turunda bu gün səfərdə “İnter”ə uduzduqları 1:3 hesablı məğlubiyyəti şərh edib.
Qol.az komanda.az-a istinadən xəbər verir ki, S.Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Tez qol vurduq, tez də müdafiəyə çəkildik. Bunun da nəticəsində 3 qol buraxdıq. Rəqibin təzyiqinə tab gətirmədik. Bu oyun bəzi futbolçuların taleyinə aydınlıq gətirəcək. Bu oyunda Yusif Nəbiyevdən razı qalmadım. Bilmirəm niyə belə oldu. Keçən oyunda yaxşı təsir bağışlamışdı. Nə bacarırıqsa, maksimum onu edəcəyik.
- Bəzi oyunçular komandada icarə əsasında çıxış edir. Bu, onların çıxışına təsir etmir ki?
- Əksinə, həmin oyunçular daha yaxşı təsir bağışlayırlar. Onlar çalışırlar ki, burda ümidləri doğrultsunlar. Bir az təcrübə lazımdır. Məsələn, Yusifə...
- Ümidləri doğrultmayan oyunçuların adlarını açıqlaya bilərsiniz?
- Bundan öncə Xəyal Nəcəfova qarşı həmin addımı atmışdıq. O, Türkiyədən qayıtdıqdan sonra özünü başqa cür aparmağa başladı. Ancaq “Qəbələ”ylə oyunda ən yaxşılardan idi. Bəzi məşqçilər heyətdən şikayətlənir. Keçən dəfə “Neftçi”nin oyununa baxıram, şərhçi deyir ki, “bu heyətlə heç nə etmək olmaz”. Ancaq bir baxın bizdə vəziyyət necədi... Bizdə heç legioner yoxdur. Buna baxmayaraq, bu oyunçularla oynamağa məcburuq. Bir az çətindir. Bizi də başa düşün. Oyunçuları əvəzediciyə göndərsək, heyətdə kim oynayacaq?
- “Sumqayıt”ın heyəti sanki müvəqqəti qurulub. Bəlkə rəhbərliklə danışasınız, klubun strategiyası dəyişsin...
- Bu, mümkün deyil...
- Komandanın fiziki durumu necədir?
- Fiziki vəziyyətimiz çox əladır. Bir gündə iki 90 dəqiqə oynamağa imkanımız çatar. Vəziyyətimiz heç də pis deyil. Qarşıda “Kəpəz”lə oyun var. Ora uduzmağa getmirik. Görək başımıza nə gəlir...
- Qollarda Fərhad Vəliyevin səhvi nə dərəcədə var idi?
- Birinci qolda sanki səhvi var idi. Ancaq videotəkrara baxıb, dəqiqləşdirəcəyik.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video