Bakı “İnter”inin yarımmüdafiəçisi Nizami Hacıyevin müsahibəsi
- Topaz Premyer Liqasının altıncı turunda AZAL-ı məğlub etdiniz. 3:1 hesablı qələbəni necə şərh edərdin?
- Meydana qələbə əhval ruhiyyəsi ilə çıxmışdıq. Ötən tur “Neftçi” üzərində çətin qələbə qazandıq. Bilirdik ki, AZAL-la görüşümüz də asan olmayacaq. Buna hazır idik. Mühüm qələbə qazandıq. Bu münasibətlə bütün “İnter”sevərləri təbrik edirəm. AZAL-a da qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Son zamanlar belə fikirlər səslənir ki, cari mövsümdə “İnter”in müdafiə və hücum xətti daha güclüdür, nəinki yarımmüdafiə. Bu fikirlə razısan?
- Razı deyiləm. Hər mövqedə yaxşı oyunçularımız var. Bu gün “İnter”in orta xəttində Fuad Bayramov, Ruslan Abışov, Elnur Abdullayev, Mirhüseyn Seyidov kimi futbolçular var. Kim bu fikri deyirsə, razı deyiləm. Ümumi götürsək, “İnter” cari mövsüm tarixində ən yaxşı heyəti qurub. Çempionluğa oynayırıq. Məqsədimiz ilk “üçlük”dür. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Hazırda yaxşı formada olan Nizami Hacıyev niyə yığmaya çağırılmır?
- Qəliz məsələdir. Milliyə yaxınlaşarkən zədə aldım. Həddindən artıq çox çalışıram. Əlimdən gələni edirəm ki, milliyə dəvət alım. Amma bunun üçün ilk növbədə “İnter”də oynamalıyam. Futbolçu oynamayandan sonra dili də qısa olur. Bu gün millidə oynamağa hazır deyiləm. 3-4 turdan sonra özümü hazır hiss eləsəm, müəyyən adamlara suallarım olacaq. Soruşacağm ki, niyə milliyə dəvət almıram? Hazırda 1 ay oynamamışam. “Sumqayıt”la matçda meydana qayıtdım. “Neftçi”yə qarşı da oynadım. İlk növbədə “İnter”də əsas heyətdə yerimi qaytarmağa çalışıram. Əvvəl klubdakı, sonra isə millidəki baş məşqçiyə sübut etməliyəm ki oynamağa hazıram
- Amma milliyə çağırılanlar arasında klubunda oynamayanlar da var. Düşünmürsən ki, kimsə sənin haqqını yeyir?
- Hərdən elə fikirlər olur. Həqiqətən də millidə elə oyunçular var ki, klubunda əsas heyətdə forma geymir. Ədalətsizlik aradan qalxmalıdır. Əks halda növbəti mövsümdə çempionatda 5 komanda olacaq. Düzgünlük olmasa, bu futbol heç kimə lazım olmayacaq. Götürək AZAL-ı. Komandada hər şey var, amma maaş almırlar, çətinlikləri var. Futbolçu əziyyət şəkir. Bilmir ailəsini düşünsün, ya futbolu. Belə psixoloji gərginlikdə futbol oynamaq çətindir. “Bakı”, “Xəzər Lənkəran” kimi klublarımız artıq yoxdur. Bu, Azərbaycan üçün faciədir. Klublara qayğı göstərilməlidir. Futbolumuzda inkişaf getməsə, gələcək yoxdur. Bu, dəqiqdir. Hazırda oynayan da yığmaya dəvət alır, oynamayan da. Bu isə yolverilməzdir. Kiminsə haqqına girmək istəmirəm. Dediyim kimi, tam hazır olandan sonra suallarım olacaq. Niyə belədir?
- Hazırda öz oyunundan razısan?
- Bir aydan sonra bu gün ilk dəfə əsas heyətdə yer aldım. Oyunumu təhlil edəcəyəm. Baş məşqçimiz də təhlillərini aparacaq. Birgə müakirəmiz olacaq.
- Tam formaya düşmək üçün nə qədər zamana ehtiyacın var?
- Üç tur. Ondan sonra tam formaya düşəcəyəm.
- Növbəti turda “İnter” “Zirə” ilə qarşılaşacaq...
- Qarşıdakı tur bizi “Zirə” ilə ağır oyun gözləyir. Matçın çətin keçəcəyi dəqiqdir. Lakin yenə də maksimum nəticə qazanmağa çalışacağıq.
Mənbə: Futbolxeber.az
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
"Trabzonspor" SSKA-ya, "Kayrat" "Myelbyu"ya qarşı
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Avropa Liqasında 5-ci tur - Günün oyunları
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər